Arpa
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Arpa-buğda bir gününə yarar, sadiq dost — ölüncə. Özbək atalar sözləri
- Arpa əkib buğda gözləmə. Türkmən atalar sözləri
- Arpa əkən buğda biçməz. Azərbaycan atalar sözləri/A
- Arpa olsun, büğda olsun — təhnə dolu olsun. Azərbaycan atalar sözləri/A
- Arpa unun yoxdusa, dadlı dilin də yoxdur?! Azərbaycan atalar sözləri/A
- Arpa verilməyən at qamçı gücü ilə yeriməz. Azərbaycan atalar sözləri/A
- Arpa və saman işçi qüvvəsidir. İtalyan atalar sözləri
- Arpa yemiş at mənzil kəsər. Azərbaycan atalar sözləri/A
- Arpadan, buğdadan əlim üzüldü, ümidim sənə qaldı darı xırmanı. Azərbaycan atalar sözləri/A
- Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz. Azərbaycan atalar sözləri/A
- Atı qamçı aparmaz, arpa aparar. Ləzgi atalar sözləri
B
redaktə- Buğda göstərir, arpa satır. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Bütün yer üzünə arpa əkilsə, ulağa yenə də bir ovucdan artıq catmayacaq. Əfqan atalar sözləri
İ
redaktə- İki eşşək bir axurdan arpa yeməz. Azərbaycan atalar sözləri/İ
Q
redaktə- Qadın var arpa unundan aş elər, Qadın var buğda ununu daş elər. Türk atalar sözləri
- Qoca at da arpa yeyər. Azərbaycan atalar sözləri/Q
Mənbə
redaktə- Atalar sözləri. Bakı. 2004