Ayna
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ayna mənim ən yaxşı dostumdu. Çünki mən ağlayanda, o əsla gülməz. Çarli Çaplin
- Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol. Avraam Linkoln
B
redaktə- Bu aynada mən ancaq özümü görürəm. Amma bu ayna məndən öncə neçə-neçə sifətlər görüb. Əbu Turxan
D
redaktə- Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük. Fridrix Şiller
Ə
redaktə- Əgər bilmək istəsəniz ki, kimə gülürsünüz, o zaman qoyun qabağınıza aynanı və diqqət ilə baxın camalınıza. Cəlil Məmmədquluzadə
G
redaktə- Gözəllik aynada özünü seyr edən sonsuzluqdur. Cübran Xəlil Cübran
- Gözlər ürəyin aynasıdır. Amma sən yenə də gözünə ürəyini soruşma. Arif Nihat Asya
- Güzgü mənim ən yaxın dostumdur. Çünki mən ağladığım zaman, o gülmür. Çarli Çaplin
H
redaktə- Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün. Həsən bəy Zərdabi
- Həyat bir güzgüdür, sən ona gülsən, o da sənə güləcək. Cənab Şəhabəddin
İ
redaktə- İnkişafımız üçün bir aynaya ehtiyacımız var. Artur Şopenhauer
- İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır. Əbu Turxan
- İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. Paulo Koelyo
- İnsanların aynası kitablardır. Oldos Haksli
- İşığı yaymağın iki yolu var: ya şam, ya da əks etdirən bir ayna olmaq. Edit Uorton
K
redaktə- Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma. Mövlana Cəlaləddin Rumi
Q
redaktə- Qonşu üzü güzgü. Benqal atalar sözləri
M
redaktə- Mən 4 adamam: 1 mən, 2 içimdəki, 3 aynadakı, 4 ürəyimdəki.. Məni keç, içimdəki onsuz da dəlidir, qır aynadakını.. Ya ürəyimdəki? Pol Oster
Ö
redaktə- Özümü tək buraxmamaq üçün bütün gecə aynanın qarşısında oturdum. Çezare Paveze
R
redaktə- Ruh, məhv edilməz bir kainatın aynasıdır. Qotfrid Leybnis
Ü
redaktə- Üz ürəyin güzgüsüdür. Azərbaycan atalar sözləri/Ü
- Üzə güzgüdə baxırlar, ürəyi də şərabla açıb baxırlar. Koreya atalar sözləri