Böyük



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Adi ehtiyacla yanaşı, sevgi-böyük tərbiyəçidir. Yaxınların sevgisi, bəxti gətirməyən insanı ehtiyac səbəbindən yaranan qanunlara riayət etməyə vadar edir. Çünki, əks təqdirdə bu qanunların pozulması müəyyən bir cəzaya səbəb ola bilər. Ziqmund Freyd
  • Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

BRedaktə

  • Balaca ilanı da böyük ağacla vur. Malayal atalar sözləri
  • Bəzən səmada qara buludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən ağ buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən. Oşo
  • Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır deməkdir. Konfutsi
  • Böyük ağaclar kölgə verməkdən başqa işə yaramazlar. Corc Herbert
  • Böyük güc böyük məsuliyyət gətirər. Benjamin Parker
  • Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır! Bencamin Franklin
  • Böyük insanlar az danışır, çox işləyir. Konfutsi
  • Böyük insanlar həyatın mənasını özündə, kiçik adamlar isə özgələrində axtarır. Konfutsi
  • Böyük işlər, mühüm cəhdlər ancaq birlikdə səy göstərməklə əldə edilə bilər. Mustafa Kamal Atatürk
  • Böyük ölülərə matəm lazım deyil, fikirlərinə bağlılıq lazımdır. Mustafa Kamal Atatürk
  • Böyük ruhlar iztirablarına səssiz şəkildə dözürlər. Fridrix Şiller
  • Böyük ruhları eşq daha da böyüdür. Fridrix Şiller
  • Böyük uğur sahibləri kiçik işləri dəqiqliklə yerinə yetirməkdə səbr edən insanlardır. Fridrix Şiller
  • Böyük uğurlar qiymətli anaların böyütdükləri övladlarının əməllərinin bəhrəsidir. Mustafa Kamal Atatürk
  • Böyüyə hörmət, kiçiyə rəğbət. Kumık atalar sözləri

DRedaktə

  • Dil millət üçün bir güzgüdür, biz bu güzgüyə baxdıqda özümüzün böyük bir şəklini görürük. Fridrix Şiller

ERedaktə

  • Ehtiras: bu ən böyük həzzdir, ali xoşbəxtlik və yüksək ümidin simvoludur. Fridrix Nitsşe
  • Elə bir insan yoxdur ki, o, həzzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzzdən imtina etmək tələbini əsaslandırır. Ziqmund Freyd
  • Elm ümumi bir sərvətdir. Ona görə də ədalət tələb edir ki, ən böyük elmi şöhrət məlum həqiqəti ilk dəfə söyləyənə yox, bu həqiqəti başqalarına inandırmağı bacarana, onun etibarlılığını göstərənə və elmdə tətbiq edənə verilməlidir. Dmitri Mendeleyev

ƏRedaktə

  • Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
  • Əgər uşaq dünyaya gətirmə fəaliyyətini şüurlu, məqsədyönlü prosesə çevirə və təbii ehtiyaclardan birinin ödənilməsi məcburiyyəti halından çıxara bilsək, onda bəşər tarixinin ən böyük müvəffəqiyyətinə imza atar və insanı təbiət tərəfindən məruz qaldığı ən böyük təzyiqlərin birindən qurtarardıq. Ziqmund Freyd
  • Ən böyük bədbəxtlik hər şeydən narazı qalmaqdır. Lao-tszı
  • Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir. Platon
  • Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. Platon
  • Əzab və ağrı böyük ürəkləri və dərin ağılları həmişə müşayət edir. Odur ki, həqiqətən böyük adamlar bu dünyada daha çox qəmli olurlar. Fyodor Dostoyevski

HRedaktə

  • Heç bir dəyər ədalət qədər böyük ola bilməz. Jozef Adddison
  • Heç bir zəfər məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük bir məqsədə çatmaq üçün lazım olan ən mühüm vasitədir. Mustafa Kamal Atatürk
  • Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir. Platon
  • Həkim filosofdur. Çünki, müdriklə tibb arasında böyük bir fərq yoxdur. Hippokrat
  • Həyatda ən böyük mürşid elmdir. Mustafa Kamal Atatürk
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya

XRedaktə

  • Xoşbəxt olma ehtimalımız onsuz da vücudumuz tərəfindən məhdudlaşdırılmışdır. Bədbəxtliyə alışma xoşbəxtliyə nisbətən daha asandır. İnsan üç müxtəlif yöndən gələn əzablarla təhdid olunur. Bunlardan biri - birbaşa öz bədənimizdən qaynaqlanan və bir müddətdən sonra yoxa çıxmağa məhkum olan, xəbərdarlıq işarəsi şəklində ağrı və təşvişlə birlikdə ortaya çıxan əzablar; digəri - xarici aləmdə meydana gələn, yorucu və amansız zərərlərlə daha da şiddətlənən əzablar; axırıncısı isə, başqa insanlarla münasibətimiz nəticəsində yaranan əzablardır. Məhz axırıncı növ böyük ehtimalla o birilərinə nisbətən ən ağrı-acılı əzablardır. Ziqmund Freyd
  • Xudpəsəndlik -canlı varlığın ən böyük yoxsulluğudur. Fridrix Şiller

İRedaktə

  • İnsan böyük və möhtəşəm işlər görmək üçün doğulur. Leon Battista Alberti
  • İnsanı böyük və ya kiçik, uğurlu və ya uğursuz, xoşbəxt və ya bədbəxt edən onun öz iradəsidir. Fridrix Şiller
  • İnsanın ən böyük üstünlüyü danışa bilməsidir. Platon
  • İnsanlar tərəfindən qəbul olunmasa da, "kişilər sevilmək istəməyən kobud məxluqlardır" və ya "kişilər hücuma məruz qalanda ancaq özlərini müdafiə edirlər" kimi fikirlərdə az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında aqressiya böyük yer tutur. Ziqmund Freyd
  • İnsanların böyüklüyü etdiyi işlərin böyüklüyüylədir. Gönənli Məhməd Efəndi
  • İntellektual məşğuliyyət haqqında belə bir həqiqət vardır: düşüncə barəsində verilən vacib qərarlar, bir dövrə damğasını vuran böyük kəşflər və ciddi problemlərin effektiv həlli yolları ancaq təkcə işləyən və tənha insanlara qismət olmuşdur. Ziqmund Freyd

KRedaktə

  • Kiçik şeylərə həddən artıq əhəmiyyət verənlər-əlindən böyük iş gəlməyənlərdir. Platon

QRedaktə

  • Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər. Bencamin Franklin
  • Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. Platon

MRedaktə

  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro

NRedaktə

  • Nevrozlar incəsənətin, dinin və fəlsəfənin böyük sosial məhsullarının karikaturalarıdır. İsteriya incəsənət əsərinin, vəsvəsə nevrozu dinin karikaturası, paranoid sərsəmləmə isə fəlsəfi sistemin karikatura təhrifidir. Ziqmund Freyd
  • Nəzəri düşüncələr buna gətirib çıxarır: bu gün müxtəlif qorxuların obyekti kimi qarşımıza çıxan fobiyalar bir vaxtlar böyük ehtimalla yüksək bir həzzin mənbəyi olub. Ziqmund Freyd

ORedaktə

  • O qədər süni və yalançı məxluqlarıq ki, hadisənin özündən çox az zövq almağımıza baxmayaraq, onun içindəki ziddiyyətlərdən həddindən artıq böyük həzz duyuruq. Ziqmund Freyd

ÖRedaktə

  • Öhdəsindən gəlinməli lazım olan iş nə qədər böyük olursa olsun bu vəziyyətdə hər vaxt və hər kəs tərəfindən qəbul olunan qayda budur; çox böyük mövzulara keçmədən əvvəl ilkin kiçik və daha asan nümunələr üzərində sınaqlarda iştirak olunmalidir. Platon

SRedaktə

  • Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir göstərməyin universal üsuludur. Ziqmund Freyd

TRedaktə

YRedaktə

  • Yeni nəsil, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq. Mustafa Kamal Atatürk

ZRedaktə

  • Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür. Bencamin Franklin
  • Zavodlara təhkim olunmuş kəndlilər şəklində Uralın hər yerində mövcud olan mülkədar münasibətlərinə qətiyyətlə son qoyulmalıdır. Belə ki, mülkədarlar kiçik müəssisələrə müdaxilə edir, sənayenin əsl inkişafı isə kiçik və orta sahibkarların böyük sahibkarlarla sərbəst rəqabətindən asılıdır. Dmitri Mendeleyev

İstinadlarRedaktə