Düyü
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ana qızıyla olan yerdə gəlinə düyü çatmaz. Benqal atalar sözləri
- Arvadını, mal-qaranı və düyünü öz yanında saxla. Benqal atalar sözləri
B
redaktə- Bir fincan düyüdən ötrü bir fincan tər tökmək gərəkdir. Vyetnam atalar sözləri
- Birinci düyü məhsulu axırıncıdan ləzzətli olar. Yapon atalar sözləri
C
redaktə- Cücələr düyü töküləndə əvvəl qorxur, sonra sevinirlər. Madaqaskar atalar sözləri
Ç
redaktə- Çinli müqəddəslər düyü tarlalarında sərxoş olurlar və bəlkə də qürurlarından başqa heç bir şey itirmirlər. Cek Keruak
- Çox bic olan düyü tapmaz, çox gözəl olan - ər. Benqal atalar sözləri
D
redaktə- Düyü bal və yağ kimidir: nə qədər çox olursa, bir o qədər yaxşı olur. Madaqaskar atalar sözləri
- Düyü bir ovuc da olsa, onu bişirmək üçün böyük ocaq çatmaq gərəkdir. Tamil atalar sözləri
- Düyü olmasa da, qaşığı atma. Madaqaskar atalar sözləri
- Düyünü yemək istəməyəndə saxlayarlar bu gündən sabaha. Benqal atalar sözləri
- Düyünün içindəki qara daşlardan qorxma, ağ olanlardan qorx. Yapon atalar sözləri
- Danışıq düyü bişirməz. Çin atalar sözləri
K
redaktə- Kişi naringi səbətidirsə, qadın düyü səbətidir. Birma atalar sözləri
Q
redaktə- Qaşıqdakı düyü hələ ağzına çatmayıb. Hind atalar sözləri
M
redaktə- Məhəbbət düyü zoğu kimidir - yerini dəyiş, yenə göyərəcək. Madaqaskar atalar sözləri
P
redaktə- Planınız 1 illikdirsə-düyü əkin, 10 illikdirsə-ağac əkin, 100 illikdirsə-insanlara təhsil verin. Çin atalar sözləri
S
redaktə- Sake qədəhinin birincisini insan içir, ikincisini sake içir, üçüncüsü insanı içir. (Sake düyü arağı), Yapon atalar sözləri
- Sözlə plov olmaz, yağ ilə düyü gərək. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq