Ehtiyat
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
E
redaktə- Ehtiyat etdiyin tez olur, nəinki ümid etdiyin. Alman atalar sözləri
- Ehtiyat hər bir qılınca qarşı yenilməz qalxandır. Uilyam Şekspir
- Ehtiyat igidin yaraşığıdır. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Ehtiyat müdrikliyin anasıdır. Alman atalar sözləri
- Ehtiyat olmayan yerdə heç bir hikmət kömək edə bilməz. Alman atalar sözləri
- Ehtiyat ona deyilir ki, nəfsi yaxşı işlər gördükdə, layiqli hərəkətlər etdikdə diqqətli ola, artıq-əskikliyə yol verməyə. Nəsirəddin Tusi
- Ehtiyat - təcrübədən doğur. Monqol atalar sözləri
- Ehtiyatlı oğulun anası ağlamaz. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Ehtiyatlılıq - cəsurluğun ən yaxşı xüsusiyyətidir. Uilyam Şekspir
Ə
redaktə- Əslən avstraliyalı amerikanlarla danışmaq xoşuma gəlir. Onlar danışanda çox az ehtiyat edirlər, bu da ünsiyyətə başqa bir zövq qatır. Mel Qibson
H
redaktə- Hələ heç varlanmayıb, ehtiyat eləyir ki, oğurlayarlar. Vyetnam atalar sözləri
İ
redaktə- İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- İşlərini əql, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam axırda peşmançılıq çəkər. Kəlilə və Dimnə
Q
redaktə- Qorxaq dost düşməndən də qorxuludur, çünki düşməndən ehtiyat etdiyin halda, dosta bel bağlayırsan. Lev Tolstoy
M
redaktə- Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib. Rual Amundsen
T
redaktə- Təhlükə gəlməmişdən ehtiyat elə. Hind atalar sözləri