El
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz. Azərbaycan atalar sözləri/A
B
redaktə- Başa dil gətirəni, el gətirə bilməz. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
- Biri tüpürsə - bir olar, el tüpürsə - göl olar. Tatar atalar sözləri
D
redaktə- Dostu el olanın dövləti bol olar. Monqol atalar sözləri
E
redaktə- El ağzı - çuval ağzı. Azərbaycan atalar sözləri/E
- El ağzı faldır. Azərbaycan atalar sözləri/E
- El ağzı ilə quş tutulmaz. [1]Azərbaycan atalar sözləri/E
- El ağzı ilə şorba içilməz. Azərbaycan atalar sözləri/E
- El ağzı torba deyil ki, büzəsən! [2]Azərbaycan atalar sözləri/E
- El ağzı — yel ağzı. [3]Azərbaycan atalar sözləri/E
- El ağzını bağlamaq olmaz. Azərbaycan atalar sözləri/E
- El ağzını yığmaq olmaz, çəllək ağzını boğmaq. Türkmən atalar sözləri
- El arxası çəmən olar. Azərbaycan atalar sözləri/E
- El atan daş dağdan aşar. Azərbaycan atalar sözləri/E
- El atan daşa güc düşməz. Azərbaycan atalar sözləri/E
- El ayranı yanğını soyutmaz. Azərbaycan atalar sözləri/E
- El bir olsa zərbi kərən sındırar. Azərbaycan atalar sözləri/E
- El çalan zurnanın səsi uzağa gedər. Azərbaycan atalar sözləri/E
- El dəlisini çölə atmaz. Azərbaycan atalar sözləri/E
- El elə sığışar, ev evə sığışmaz. Azərbaycan atalar sözləri/E
- El elin aynasıdır. Azərbaycan atalar sözləri/E
- El gözündən düşən boy atmaz. Azərbaycan atalar sözləri/E
- El gözündən düşən gözsüz qalar. Azərbaycan atalar sözləri/E
- El gücü, sel gücü. Azərbaycan atalar sözləri/E
- El gücü, yel gücü, sel gücü. Azərbaycan atalar sözləri/E
- El harda, sən də orda. Azərbaycan atalar sözləri/E
- El igidlərilə tanınar. Azərbaycan atalar sözləri/Vətən və el
- El keçən körpüdən qorxma, sən də keç. Azərbaycan atalar sözləri/E
- El köçdü, oba qaldı. Azərbaycan atalar sözləri/E
- El qapısı həm gec, həm güc açılar. Azərbaycan atalar sözləri/E
- El oğrusuz, çöl qurdsuz olmaz. Azərbaycan atalar sözləri/E
- El öz dəlisini tanıyar. Azərbaycan atalar sözləri/E
- El sevəni aləm sevər. Azərbaycan atalar sözləri/E
- El tikəni yel yıxa bilməz. Azərbaycan atalar sözləri/E
- El tutanı ər tutar, Ər atanı el atar. Azərbaycan atalar sözləri/E
- Elə arxalanan igidin, arxası yerə dəyməz. Azərbaycan atalar sözləri/E
- Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz. Azərbaycan atalar sözləri/E
- Elim - günüm olmasa, ayım - günüm doğmasın. Türkmən atalar sözləri
- Elimə qalsın, günümə qalmasın. Azərbaycan atalar sözləri/E
- Elin eybini saxlamayan, sənin də eybini saxlamaz. Azərbaycan atalar sözləri/E
- Elin gözü sərraf olar. Azərbaycan atalar sözləri/E
- Elin gücü bir olsa, düşməni dara çəkər. Azərbaycan atalar sözləri/E
- Elin işi ər əlində, ərin işi el əlində. Tatar atalar sözləri
- Elin oğlu yumurtaya qulp taxar. Azərbaycan atalar sözləri/E
- Ellərə gülən canım - indi olub el gülüncü. Azərbaycan atalar sözləri/E
- Elsiz dağ viranədir. Azərbaycan atalar sözləri/E
H
redaktə- Hər kəsi el istəsə, bülənd olar, ucalar. Azərbaycan atalar sözləri/Vətən və el
Ö
redaktə- Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin. Azərbaycan atalar sözləri/Ö
P
redaktə- Palaza bürün, el ilə sürün. Azərbaycan atalar sözləri/P
S
redaktə- Sirr açandan el qaçar. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
Y
redaktə- Yaman dil el dağıdar, yaman ayaq - yol. Türkmən atalar sözləri
- Yarından ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə ağlar. Türkmən atalar sözləri
İstinadlar
redaktə- ↑ Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
- ↑ Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14
- ↑ Atalar sözü. (İkinci nəşri). Toplayanı, tərtib edəni və nəşrə hazırlayanı Əbülqasım Hüseynzadə. Bakı: Yazıçı, 1982, səh. 14