Amalie Kärcher, "Meyvələrə və həşəratlara natürmot" (1869)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bir-birinin ardınca qaçan qarışqaların kiçik itlər kimi bir-birini dişləməyə çalışdığını görən P. Huberin təsvir etdiyi kimi, həşəratlar da birlikdə əylənirlər. Çarlz Darvin

Ç redaktə

  • Çəyirtkə! Bu həşəratı yadına salmaq istəmirsən, amma xeyri yoxdur. Bu yaşıl həşəratın tullanması,sıçraması məni dəhşətə gətirir, dəli edir və mən dərin sarsıntı hissi keçirirəm. Mənim otuz yeddi yaşım var, amma bu həşəratın mənə aşıladığı qorxu hissi heç azalmaq bilmir ki, bilmir. Salvador Dali

H redaktə

  • Hansı ömrü uzun ömür hesab edək? Ümumiyyətlə, insan həyatında uzun nə ola bilər? Biz yalnız insanlara verilən və onların hesab etdikləri ilə müqayisə edərək bütün uzun və qısa şeyləri adlandırırıq. Aristotelin sözlərinə görə, Avropa tərəfdən Ponta axan Qipanis çayında birgünlüq kəpənəklər yaşayır: onlardan səkkiz saat yaşayanı qoca yaşında ölür, qüruba qədər yaşayanı isə ən qoca yaşda ölür və bu hadisə xüsusilə günəşin pik nöqtəsində daha nəzərə çarpır. İnsan uzunömürlülüyünü əbədiliklə müqayisə etsək görərik ki, biz birgünlük həşəratlar kimi məxluqlarıq. Mark Tulli Siseron
  • Həşərat çox olsa, hətta ilanı da məhv edər. Hind atalar sözləri
  • Həşəratı öldürən uşağını ciddi cəzalandır. Qatillik buradan başlayır. Pifaqor
  • Həşəratların, aşağı sinif heyvanların həyat tərzinə, səylərinə və xüsusiyyətlərinə təbiətin ilk addımları kimi baxmaq olar. Bizim xüsusiyyətlərimiz, keyfiyyətlərimiz və səylərimiz onlarda rüşeym halındadır. Artur Şopenhauer

İ redaktə

  • İnsan kütlələrə faydalı olmaq üçün yaşayır. İnsanın dəyəri isə onun həmkarlarına verdiyi fayda ilə müəyyən edilir. Doğulmaq, yaşamaq, yemək, içmək və nəhayət ölmək - həşəratlar da bunu edə bilər. Cüzeppe Qaribaldi

K redaktə

  • Keçmişdə insanlar həşəratlardan, indi isə həşəratları qıran kimyəvi dərmanlardan qırılırlar. Rahid Ulusel

Q redaktə

  • Qanunlar hörümçəklərin toruna bənzəyir : ağcaqanadları tutmaq üçün yaxşıdır, lakin daha böyük həşəratlar onların torunu qırır və qaçır. Conatan Svift
  • Qəzadan qabaq qorxu hissi qəzanın baş vermə ehtimalını artırır. Mən həşəratlar istisna olmaqla insanlar qədər öz səhvlərindən nəticə çıxara bilməyən başqa bir canlı məxluq tanımıram. Mark Tven

M redaktə

T redaktə

  • Tapdalanmış kiçicik bir həşərat, öləndə əziyyət çəkən nəhəng heyvan kimi əziyyət çəkir. Uilyam Şekspir

İstinadlar redaktə