Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
Bir məqsədə nail olmaq istəyirsinizsə, nəzakətli və ağıllı olmağa çalışmayın. Kobud fəndlərdən istifadə edin. Hədəfi dərhal vurun. Geri qayıdın və yenidən vurun. Sonra çiyninizlə ağır zərbə endirin. Uinston Çörçill
Bizim əksəriyyətimiz üçün ən böyük təhlükə çox yüksək hədəf seçib uğursuzluğa düçar olmaq deyil, hədəfi çox aşağı səviyyədə seçmək və ona nail olmaqdır. Mikelancelo
Qabiliyyət başqalarının vura bilmədiyi hədəfi vuran nişançı kimidir; dahi isə başqalarının görə bilmədiyi bir hədəfi vuran bir nişançı. Artur Şopenhauer