Həyasız
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir daha qapımı döyməsin nadan,
Sahibi məhv olmuş bir otağam mən.
Həyasız yanında susa bilmərəm,
Utancaq yanında utancağam mən. Alqayıt
C
redaktə- Cəmiyyət kimi ədəbiyyatın da öz pleybeyləri, qaragüruhları var. Qaragüruhlar isə hər yerdə həm cahil, həm həyasız, həm də utanmaz olurlar. Vissarion Belinski
- Cinsiyyət orqanlarını kişilərin daha rahat yaşamalarına xidmət edən odun parçası kimi görməyi rədd edən qadınları aktiv, pozğun, həyasız və yaxud lezbiyan olma təhlükəsi gözləyir. Lezbiyan bədəni adi qadın bədəninə nisbətən daha təhlükəli və cazibədardır, çünki bu bədən avtoerotizmə və klitordan gələn zövqə qarşı daha həssas olub, özünü doğrultmaq üçün daha münasibdir. Ziqmund Freyd
D
redaktə- Dünya nemətlərinin xeyrini ya zorlu görür, ya da həyasız. Kürd atalar sözləri
E
redaktə- Etiraf etməliyik ki, həyasız və eqoist xasiyyətlərə malik olmağımız xoşbəxt həyata gedən yolumuzu bağlayır. Mixail Zoşşenko
- Ey ilahi eşq, ona görə ilahi adlanırsan, çünki sən ən müdrikləri aldadırsan, ən iffətə qalib gəlirsən və bütün qeyri-mümkün və mümkün olmayan işləri görürsən, çünki sən eşqsən. Utancaqları həyasız, müdrikləri dəli, iffətliləri rəzil edir və əlimizdən gələni edə bilməyəcəyimiz işlər görürsən, çünki sən özün hər cür ağlabatanlıqdan kənarsan. Con Lili
H
redaktə- Həyalı qadın - kişiyə şöhrət, həyasız - yersiz söz-söhbət. Rus atalar sözləri
- Həyasız adam nə həya bilər, nə abır; həyalını bir ağır söz öldürər. Benqal atalar sözləri
- Həyasız qonşu qonşuların ağasıdır. Onore de Balzak
- Həyasız pişik şirin də üstünə atılar. Ləzgi atalar sözləri
- Həyasız riyakarlıq, xidmət etməyə öyrəşmiş insanlara hörmət hissi aşılayır. Onore de Balzak
- Həyasızda insaf olmaz, insafsızda həya. Azərbaycan atalar sözləri/H
- Həyasızdan həyanı qoru. Azərbaycan atalar sözləri/H
- Həyasızdan həyanı saxla. Azərbaycan atalar sözləri/H
- Həyasızın gözü it gözünə oxşar. Rus atalar sözləri
- Həyasızın üzünə tüpürdülər, dedi: "yaz yağışıdır". Assuri atalar sözləri
Ü
redaktə- Üç növ qadın: donuz kimi həyasız, toyuq kimi yaramaz və quzu kimi yumşaq. İrland atalar sözləri
V
redaktə- Vəfasızda həya yox, həyasızda vəfa yox. Özbək atalar sözləri