Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
Hər bir kişinin həyatında 3 qadının olması vacibdir: ana, həyat yoldaşı, və onu kişi hesab edən digər bir qadın. Qabriel Laub.
... həyat yoldaşı qul yox, sevinci, kədəri əri ilə bölüşən yoldaş, köməkçidir. Onun da əri kimi öz yolu ilə getmək hüququ vardır. Mahatma Qandi
Həyat yoldaşı….. nə qəribə söz birləşməsidir – mən düşündüm və düşüncələrimə özüm də heyrətləndim. Paulo Koelyo
Həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; Yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə,sonunu gətirmək çətindir. Konfutsi
Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir. Məmməd Səid Ordubadi
Hökmdarına qulluq etmək, bərabər insanlar arasındakı sevgi, tacirlərin işləri və evdə yaxşı bir həyat yoldaşı-bütün bunların hamısı fəzilətlərdir. Çanakya/Hökmdar
Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər. Rabindranat Taqor
Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır. Koko Şanel
Siz yumorun və gözəl gülümsəmənin mənə nə verdiyini soruşsanız, cavabında gözəl həyat yoldaşı, üç uşaq və sevdiyim işi sadalaya bilərəm. Erma Bombek