Halva
Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yer fındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aclıqda darı çörəyi halvadan şirin olar. Azərbaycan atalar sözləri/A
D
redaktə- Davada halva paylamazlar. Azərbaycan atalar sözləri/D
E
redaktə- Elə bilir yuxa arasında halvadır. Azərbaycan atalar sözləri/E
- Ev bizə qaldı desənə, halva bişibdir yesənə. Azərbaycan atalar sözləri/E
H
redaktə- Halva-halva deməklə ağız şirin olmaz. Azərbaycan atalar sözləri/H
- Halvaçı qızı - daha şirin. Azərbaycan atalar sözləri/H
K
redaktə- Keçəl halva yeyər, puluna minnət. Azərbaycan atalar sözləri/K
Q
redaktə- Qaranlıqda halva yeyənin sirrini Xuda bilir. Azərbaycan atalar sözləri/Q
M
redaktə- Molla halvanı yedi, yasini unutdu. Azərbaycan atalar sözləri/M
Ö
redaktə- Ölülər elə bilir, dirilər halva yeyir. Azərbaycan atalar sözləri/Ö
S
redaktə- Səbr ilə halva bişər, ey qora, səndən. Bəsləsən atlas olar tut yarpağından. Azərbaycan atalar sözləri/S