A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axı könüllü casus elə ən təhlükəlisidir. Corc Oruell
  • Başqalarının ləyaqətini könüllü və sərbəst tanımaq və qiymətləndirmək üçün özünüzə sahib olmalısınız. Artur Şopenhauer
  • Bir könüllü iki adama əvəzdir. Fridrix Çamyer
  • Ey uca könüllü yalan! Gerçək heç sənə seçim edilə biləcək qədər gözəl olmuşdurmu? Jan Jak Russo
  • Əyyaşlıq könüllü dəlilikdir. Seneka
  • Həlimlik ona deyilir ki, nəfs könüllü olaraq qaydadan kənar işlərə razılıq versin. Bunu “mülayimlik” də adlandırırlar. Nəsirəddin Tusi
  • Könüllü asılılıq münasibətlərin ən yaxşısıdır. O, sevgisiz mümkün deyil. Yohann Volfqanq Göte
  • Könüllü köləlikdən rüsvayçı köləlik yoxdur. Horatsi
  • Könüllü olaraq dərhal ölümə getmək, uzun müddət cəhənnəm əzablarına, cansıxıcı ağrılara, cinayətkar talenin daimi iztirablarına və mərhumiyyətlərinə dözməkdən daha asandır. Qay Yuli Sezar
  • Könüllü olaraq ölümə gedəni səbirlə ağrıya dözən insanı tapmaqdan daha asandır.Qay Yuli Sezar
  • Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir. Əbu Turxan
  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
  • Sərxoşluq könüllü dəlilikdir. Aristotel
  • Siz nə şöhrət, nə də təşəkkür gözləmədən xidmət еtdikləriniz və sizə xidmət еdənlərin nаminə könüllü qurbаn vеrməlisiniz. Atilla

İstinadlar

redaktə