- Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. Eleyn Busler
- Hər başda bir fikir var, təkcə keçəlin başında - yüz min. (Keçəl Orta Asiya folklorunda komik surətdir.) Qaraqalpaq atalar sözləri
- Keçəl baxar güzgüyə -adın qoyar özgəyə. Azərbaycan atalar sözləri/K
- Keçəl başa taxta daraq?! Azərbaycan atalar sözləri/K
- Keçəl başından qorxar, kor gözlərindən. Azərbaycan atalar sözləri/K
- Keçəl başını yudunmu? - Yudum da, daradım da. Azərbaycan atalar sözləri/K
- Keçəl dərman bilsə, öz başına sürtər. Azərbaycan atalar sözləri/K
- Keçəl düzünü desə də, başına qapaz dəyər. Azərbaycan atalar sözləri/K
- Keçəl gileyləndi ki, daraq bahalanıb. Azərbaycan atalar sözləri/K
- Keçəl gileyləndi ki, daraq bahalaşıb Gürcü atalar sözləri
- Keçəl halva yeyər, puluna minnət. Azərbaycan atalar sözləri/K
- Keçəl Həsən, Həsən keçəl, nə fərqi? Azərbaycan atalar sözləri/K
- Keçəl qız bacısının saçı ilə öyünər. Azərbaycan atalar sözləri/K
- Keçəl qız bəzənincə toy əldən getdi. Azərbaycan atalar sözləri/K
- Keçəl qız çeşmənin gözündən su içər. Azərbaycan atalar sözləri/K
- Keçəl qızı, saçlı deyib ağlama. Azərbaycan atalar sözləri/K
- Keçəl qızım saçlı deyib ağlar. Azərbaycan atalar sözləri/K
- Keçəl qızın nəyi var? Dəmirdən bir darağı. Azərbaycan atalar sözləri/K
- Keçəl suya getməz. Azərbaycan atalar sözləri/K
- Keçəl var - zığıdı keçəl, keçəl var - noxudu keçəl. Azərbaycan atalar sözləri/K
- Keçəl yaradı, öz başını daradı. Azərbaycan atalar sözləri/K
- Keçələ baxma, bəxtinə bax. Azərbaycan atalar sözləri/K
- Keçələ kosa qənim olsun. Azərbaycan atalar sözləri/K
- Keçəli gün çıxmamış gör. Azərbaycan atalar sözləri/K
- Keçəli Zülfəli çağırarlar. Azərbaycan atalar sözləri/K
- Keçəlin bəxti yaxşı olar. Azərbaycan atalar sözləri/K
- Keçəlin dırnağı olsa, öz başını qaşıyar. Azərbaycan atalar sözləri/K
- Keçəlin papağı düşənəcəndir. Azərbaycan atalar sözləri/K
- Keçəlin tükdən acığı gələr. Azərbaycan atalar sözləri/K