Kin
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıllı adamlar kin bəsləməzlər. Qətran Təbrizi
- Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar. Kəlilə və Dimnə
BRedaktə
- Böyük borclar insanları dəyər bilməyə deyil, kin saxlamağa yönəldər. Fridrix Nitsşe
DRedaktə
- Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz. Fridrix Nitsşe
- Düşmənə bəslədiyin kini körükləmə, yoxsa özün də yanarsan. Uilyam Şekspir
ƏRedaktə
- Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir.[1] Həsən əl-Əskəri
XRedaktə
- Xəsis acgöz olar, kinli inadkar. Monqol atalar sözləri
KRedaktə
- Kin bəsləmək cılız adamların adətidir. Fransua de Laroşfuko
- Kin kini bitirməz, eşq bitirər. Onore de Balzak
- Kin saxlamaq ilk növbədə insanın öz rahatlığını əlindən alır. Fransua Moris
- Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan. Qautama Budda
- Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik. Fransua de Laroşfuko
- Kinli adamların həyatı dəhşətli olur. Deni Didro
ORedaktə
- O qisim kinli adamlar daha qorxuludur ki, xeyirxahlıqdan heç də büsbütün xali deyillər. Fransua de Laroşfuko
TRedaktə
- Televiziyada bir cinayət görmək adamın kinini apara bilər. Əgər siz heç kimə kin bəsləmirsinizsə, reklamları izləyin. Alfred Hiçkok
İstinadlarRedaktə
- ↑ Tuhəful-Uqul, səh.488