A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir evin gözəlliyi rahatlıqdır. Bir evin sevinci sevgidir. Bir evin zənginliyi uşaqdır. Bir evin qanunu xidmətdir. Bir evin rifahı məmnun olan könüllərdir.[1] Henri Teylor
  • Bir qadına zaman-zaman öz fikirlərini dəyişdirmək lazımdır. Onlar eyni yemək masasından, əl-üz yuyandan, tikiş maşınından bezirlər. Onlara, heç olmasa, hər hansı bir müxtəliflik verin - bir az səyahət, bir az istirahət, bir az ev təsərrüfatının faciələri ilə qarışıq axmaqlıq, ailə səhnəsindən sonra bir qədər nəvaziş, bir az da həyəcan.Sizi əmin edirəm ki, belə olsa, hər iki tərəf məmnun qalacaq. O.Henri
  • Bu dünyada çalışqan, öz mövqeyindən məmnun qalan, ayıq, xoşbəxtliyə və kədərə baxmayaraq sadiqliyini itirməyən nökərlərə çox nadir hallarda rast gəlinir. Çanakya
  • Bütün oxucuları məmnun edəcək bir əsər yazmaq tamamilə mümkün deyil. Miqel de Servantes
  • Cəmiyyəti (əlbəttə ki, işçilərdən ibarət olan) xoşbəxt etmək və insanların ən acınacaqlı şəraitdə belə məmnun olması üçün böyük əksəriyyətin həm cahil, həm də kasıb olaraq qalması lazımdır. Bernard de Mandevil
  • Cinsi müstəsnalıq daimi partnyorun cinsi məmnunluğu üçün məsuliyyət daşıyır. Marqaret Kent
  • Evlənmə iddiaya bənzər. Mütləq məmnun olmayan bir tərəf vardır. Onore de Balzak
  • Əslində nə varsa ondan məmnun ol və israf etmə, ehtiyacdan başqa faydasız yerə xərcləmə. I Osman
  • Fikirlərimiz kəskinləşəndə, danışığımız aqressiv, hərəkətlərimiz zorakı olanda isə başqaları bizi görəndə özlərini narahat hiss etməyə və bizi görməzdən gəlməyə başlayırlar. Demək istədiyimiz şeylə maraqlanmırlar, biz onlarla danışmağa çalışanda arxalarını çevirirlər. Bizdən necə məmnun ola, varlığımızdan necə xoşbəxt ola bilərlər axı? Və belə bir həyat çətin deyilmi? Dalay Lama
  • Hakimiyyət sevgisi insanların iblisidir. Onlara sağlamlıq, qida, ev, təhsil, bir sözlə, hər şey verin, onlar xoşbəxt olmayacaqlar. Çünki, iblis gözləyir, gözləyir və məmnunluq istəyir. Onlardan hər şeyi alıb iblislərini məmnun etsəniz, onlar xoşbəxt olacaqlar. Fridrix Nitsşe
  • Hazırki yaşayışımdan o qədər də məmnun deyiləm. Şübhəsiz, futbol oynayarkən daha xoşbəxt idim. Futbol oynamaq mənim xəyalım idi və hazırda tamamilə fərqli həyat sürürəm. Bu səbəbdən də xoşbəxtliyim də bir qədər fərqlidir. Ancaq yenə də futboldan ayrıla bilmirəm.[2] Zinəddin Zidan
  • Həmişə heç məmnun olmayanda “tanışdığım üçün çox xoş oldum” deyirəm. Amma insanlarla yaşamaq istəyirsənsə, hər şeyi deməlisən. Çovdarlıqda uçurumdan qoruyan
  • İnsan çətin vəziyyətdə olanda, çıxış yolu axtarmağın sadəcə görünüşü ilə necə asanlıqla məmnun olur! Teodor Drayzer
  • Kimsə başqalarını incitməyi sevirsə, insana səmimi sevinc bəxş etdiyi anda insanın mənəvi istilik hissindən nə dərəcədə məmnun olduğunu bilmir. Əli Abşeroni
  • Osmanlı Sultanı İkinci Mahmud günlərin birində bir məktəbi ziyarət edir. Padşah sinfə girəndə xoca dərsini verirdi. Xoca gələn zatın padşah olduğunu anladı və dərsini davam etdi. Dərs bitdikdən sonra çocuqları sinifdən çıxarıb padşahı salamlayaraq təzimatda bulundu.

- Mənə layiq olan hörməti niyə öncədən göstərmədin?

- Padşahım, tələbələr dünyada xocadan daha böyük adam olduğunu bilməzlər. Əgər təzimatımı onların yanında etsəydim, onlar, deməli xocadan da böyük adam varmış, deyər və məni saymazlar, mən də onları bu ölkəyə layiq övladlar olaraq yetişdirə bilmərəm. Xocanın bu sözlərindən məmnun olan ikinci Mahmud bu müəllimi ihsanda bulundu.

Nə hadisə baş verdi? Əvvəlcə Padşah şəxsi mənafe düşüncəsi ilə hadisəyə qiymət verdi. Təzimat tələb etdi. Xocanın izahatından sonra ictimai mənafe düşüncəsinə sahib olub, xocanı mükafatlandırdı. Şahlar Əsgərov

  • Sevdiyin şeyi tapmalısan. Və bu münasibətlər üçün olduğu kimi iş üçün də doğrudur. İşləriniz həyatınızın çox hissəsini dolduracaq və tamamilə məmnun olmağın yeganə yolu, əla bir şey hesab etdiyinizi etməkdir. Böyük işlər görməyin yeganə yolu etdiklərinizi sevməkdir. Stiv Cobs
  • Siz mənə göstərdiniz ki, mənim məmnun edilməyə dəyər bir qadını məmnun etmə cəhdlərim nə qədər yetərsiz qalır. Qürur və qərəz
  • Siz necə xoşbəxt və ya məmnun olmaq istəyirsiniz? Bəs digərləri necə? Kimsə yalnızlıqdan, kimsə - insanlarla aktiv ünsiyyətdən, kimsə - özünə yaxın bir insanla ünsiyyətdən məmnunluq hissi keçirir. Bəziləri işdə və ya biznesdə mükəmməl hər şeyə sahib olduqda, yaxşı yaşamaq üçün kifayət qədər qazandıqda xoşbəxt olurlar, başqaları üçün sənət, elm, idman, yaradıcılıq ilə məşğul olmaqdan və ya sadəcə qayğısız tətildən zövq almaqdan daha böyük sevinc yoxdur. Albert Ellis
  • Uğurun açarını bilmirəm , amma uğursuzluğun açarı hər kəsi məmnun etməyə çalışmağımızdır. Bill Kosbi
  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[3] Mustafa Kamal Atatürk
  • Yaxşı idarəçiliyin ölçüsü xalqı məmnun etməyi bacarmaq, xalqa xoş üz göstərmək, onunla yaxşı davranmağı bacarmaqdır. Süleyman Dəmirəl


İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər
  2. Zidan: "Futbol oynayarkən daha xoşbəxt idim"
  3. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.