A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıllı könlünə danışar, doğru bildiyini söylər, axmaq dilinə gələni söylər, düşünməz ki, bu nə məna daşıyır. Əli
  • Ancaq insan öz mənasını varlıqda tapır, varlıq da öz bütövlüyünü və mənasını insanda tapır. Haydegger
  • Aydındır ki, təbii qanunlarla tanışlıq Allahın ağlı ilə burada ifadə olunan tanışlıqdan heç də az məna vermir. Ceyms Preskott Coul

B redaktə

  • Bir fərd üçün dəyərli ola bilən ibadət və mənəvi intizam formaları, o sinif daxilində, daha aşağı və ya daha yüksək inkişaf səviyyəsində olan fərqli bir təbəqəyə mənsub olan digəri üçün faydasız və ya hətta müsbət mənada zərərli ola bilər. Oldos Haksli
  • Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümüd elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
  • Bu dünyada gənclik və gözəlliyin bir mənası yoxdur; bir-birinin eynilə yoldaşı, ruhları görünməz olmuş bədənlərlə dolu ucsuz-bucaqsız bir toplama düşərgəsindən başqa bir şey deyildi yaşadığımız dünya. Milan Kundera
  • Bu qədər şeyin bir mənası olub-olmadığı və yaxud insanlığı maşınım sayəsində daha xoşbəxt olub-olmayacağı haqqında heç bir fikir söyləmək istəmirəm. Rudolf Dizel

D redaktə

  • Dünyanın ali mənası onun ayrı-ayrı hissələrinin mənasından hasil ola bilməz. Əbu Turxan

G redaktə

  • Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur. Qabriel Qarsiya Markes

H redaktə

  • Hamımız yaranmağımıza bir məna axtararıq. Qundaq ilə kəfən arasındakı şeyin adı ömürdür, həyat deyil. Həyatı bir az da özümüz edirik. Murathan Mungan
  • Həqiqətdə də həyatın mənası olmasaydı və ən mənasız şeyi seçməyə məcbur qalsaydım, ən seçiləsi mənasızlıq həyat olardı. Fridrix Nitsşe
  • Həyatın mənası aramsız axtarışlardan ibarətdir. Alfons de Lamartin
  • Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. Aristotel

İ redaktə

  • İngiltərənin ingilislərə və ya Fransa fransızlara aid olduğu mənada Fələstin də ərəblərə məxsusdur. Yəhudiləri ərəblərə sırımaq yanlışdır və insanlıq deyil. Mahatma Qandi
  • İnsan - özünə bir məna verməyə çalışan tək məxluqdur. Alber Kamyu
  • İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir. Paulo Koelyo
  • İnsanlar din, məzhəb, irq, millət, rəng, mövqe və sinif fərqi qoymadan sevilməyə layiqdirlər. Madam ki, insanlar ruh yönü ilə Allahdan gəlməkdədirlər, elə isə insanlar heç bir şəkildə bir-birlərindən bu mənada ayrılmazlar.[1]Yunus Əmrə
  • İşə yalnız ağıllı adamları götürməyin və daha sonra isə onlara nə etməli olduğunu deməyin heç bir mənası yoxdur, biz işə ağıllı insanları götürürük ki, onlar bizə nə etməli olduğumuzu desin. Stiv Cobs

Q redaktə

  • Qanunlar hamı üçün eyni məna daşımalıdır. Şarl Lui Monteskyö
  • Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünkü göy üzü qarğaların yoxluğu deməkdir. Frans Kafka

M redaktə

  • Münasibətimizə “bir müddət ara verək” cümləsinin mənası; səndən yaxşısını tapsam əla, tapa bilməsəm sənə geri dönəcəm. Camal Sürəya

S redaktə

  • Səbrin mənası-üzərində dağları və insanları daşıyan torpaq kimi olmaq deməkdir. Səriyyis Sakat
  • Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm... Rabindranat Taqor
  • Sənə sümük yox, eşq verdim. İndi itlik etməyin mənası yoxdu. Getmə deyirəmsə, getmə. Kiçik İsgəndər
  • Söz mənadan asılıdır, məna sözdən hər zaman, Bir-birindən asılıdır, necə ki, cism ilə can. Məhəmməd Füzuli
  • Söz və hərəkət musiqinin qanadlarında daha yüksək məna kəsb edir. Lunaçarski

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.458