Narazı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ayağı böyük olanın ayağını həmişə ayaqqabı sıxar; tamahı böyük olan həmişə narazı olar. Monqol atalar sözləri
D
redaktə- Düzü deyirsən - narazı olurlar. Teluqu atalar sözləri
Ə
redaktəG
redaktə- Güclü insanı zəifdən necə fərqləndirmək olar? Əgər güclü insan həyatından narazıdırsa, o, iradları özünə yönəldir, əgər zəif insan həyatından narazıdırsa, onda onu şikayətləri digər insanlardan olur. Sun Dzı
H
redaktə- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İ
redaktə- İçi boş adam az şey istər, çox şey versən, narazı qalar. Abay Kunanbayev
M
redaktə- Məni çox tərifləyiblər və mən həmişə də narazı qalmışam ki, niyə məni az təriflədilər. Mark Tven
- “Müasir ideyalar” insanı- özündən son dərəcə narazı, məğrur bir meymun. Bu inkar edilməzdir. O əzab çəkir və onun şöhrətpərəstliyi istəyir ki, o “əzab çəksin”. Fridrix Nitsşe
N
redaktə- Narazı insanlar düşmənin tərəfini saxlayır və mövcud hökmdarın devrilməsinə kömək edirlər. Çanakya/Hökmdar
- Nəcib ailədəki abırsız qızlar kimi, özündən razı hökmdarlar, narazı brahmanlar, dindar kurtiziankalar da məhkum edilmişdir. Çanakya
Ö
redaktə- Özündən narazı qalmaq ağıllı həyatın zəruri şərtidir. Ancaq bu narazılıq öz üzərində işləməyə təhrik edir. Lev Tolstoy
Y
redaktə- Yoxsullaşma insanları tamahkar edir. Tamahkar insanlar isə öz vəziyyətlərindən narazı olurlar. Çanakya
Z
redaktə- Zalım oğlunun xasiyyəti belədir: Ya gərək özü rəhbərlik eləsin, ya da gərək rəhbərlikdən narazı qalsın. Branislav Nuşiç