Qızılgül



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ancaq qızılgül və ya ancaq inciçiçəyi qoxan ətirlər istəmirəm, mənə onların kombinasiyasını hazırlayın. Koko Şanel
  • Dostluq da sevgi kimidir. Gözəl və ətirli, tikansız, bir də tikanı olan qızılgül var. Vissarion Belinski
  • Gözəlsən, amma boşsan... Sənin üçün ölmək olmaz. Təbii ki, yoldan keçən adi biri mənim qızılgülümün sizin kimi olduğunu düşünər. Amma mənim qızılgülüm təkbaşına sizin hamınızdan daha vacibdir, çünki o mənim suladığım güldür. O, şüşənin altına qoyduğum şəxs olduğu üçün, ekranın arxasına sığındığım o olduğu üçün. Tırtılları (iki və ya üç kəpənəkdən başqa) öldürdüyüm şəxs olduğu üçün. Şikayət edəndə, öyünəndə, hətta bəzən heç nə deməyəndə qulaq asdığım o olduğu üçün. Çünki o mənim gülümdür. Antuan de Sent-Ekzüperi
  • Həqiqətən yaradıcı bir rəssam üçün qızılgül çəkməkdən çətin bir şey yoxdur, çünki bunu etməzdən əvvəl o, əvvəllər çəkilmiş bütün qızılgülləri unutmalıdır. Anri Matiss
  • Hər qızılgülün öz tikanı var, bu da onun saçdığı ətrin dəyəridir. Kef məclislərinin dəyəri – sərxoşluqdan sonrakı süstlükdür. Özünün ən atəşli vüsalına yetişmək üçün sən illərlə həsrət çəkməlisən. Ömər Xəyyam
  • İnqilab qızılgüllərdən ibarət yataq deyil. İnqilab keçmişlə gələcək arasında döyüşdür. Fidel Kastro
  • Kimisi qızılgülün ətrini anlamaz, kimisi isə acı otlardan belə bal hazırlayar. Kimisi etdiyin xırda yaxşılığı belə əbədi xatırlayar, kimisi də həyatı belə bağışlasan, yenə anlamaz,qədrini bilməz. Ömər Xəyyam
  • Uşağın beyni haqqında düşünəndə üzərində şeh damcısının titrədiyi zərif qızılgül çiçəyi təsəvvür edilir. Elə qayğı və incəlik lazımdır ki, bir çiçək yığdıqdan sonra bir damla düşməsin. Vasili Suxomlinski
  • Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır. Oşo

İstinadlar

redaktə