Qələm
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Alim unutdu, qələm unutmadı. Mustafa Kamal Atatürk
B
redaktə- Bir kağız, bir qələm, bir yanmış, bir sönmüş, bir bitmiş siqaret; həyatın budur. Cem Adrian
C
redaktə- Cəmiyyəti formalaşdıran ən əhəmiyyətli amil dil, qələm, iş və düşüncə azadlığıdır. Mirzə Əliəkbər Dehxuda
D
redaktə- Dünyanı idarə edən qələm, mürəkkəb və kağızdır. Conatan Svift
F
redaktə- Feodalizm quruluşunu top yıxdı, müasir quruluşu isə qələm yıxacaq. Napoleon Bonapart
G
redaktə- Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus! Xudu Məmmədov
K
redaktə- Kabo üçün hər qələm yaxşıdır. (Kabo - IX əsrdə yaşamış məşhur yapon xəttahı). Yapon atalar sözləri
- Kağız dözür, qələm yazır. Alman atalar sözləri
Q
redaktə- Qələm demə, öyümüzün dirəyi de. "Bəxt üzüyü" filmindən
- Qələm - ən yaxşı müəllimdir, yazılmış nitq ən yaxşı düşünüləndir. Mark Tulli Siseron
- Qələm qılıncdan kəskindir. Türk atalar sözləri
- Qələm qılıncdan itidir. Azərbaycan atalar sözü
- Qələm əyri yonulsa da düz yazar. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Qələm yazanı bıçaq poza bilməz. Tatar atalar sözləri
- Qələm yazanı qılınc poza bilməz. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür. Frans Kafka
- Qılınc zərbəsi dəyməyə bilər; qələm zərbəsi, çox güman ki, məğlub edər. Teluqu atalar sözləri
S
redaktə- Silahlı millətin ən canlı nümunəsi Türklərdir. Bu diyar kəndlisinin oraq, katibinin qələm və hətta qadınlarının ətək tutmasında silaha sarılmış bir pəncə cəldliyi vardır. Türk ata minər kimi oturar, kəşfə göndərilən əsgər kimi oyanıq gedər. Moltke