Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
Aristotel yanılırdı: fəlsəfə biliyə olan nəcib istəyin deyil, qorxaqcasına ağrıdan qaçmaq istəyinin nəticəsi idi. Buna görə də dinin astanası cəhalət və qorxu idi ki, yetkin, maariflənmiş insan onu dəf etməli idi. Pol Anri Holbax
Azad insan hər cür qorxu və kədərdən azaddır. Konfutsi
Başqalarının bizim dəyərlərimiz haqqında fikirləri şərəfdir və bu obyektiv sayılır. Subyektiv isə bizim bu fikirlər qarşısında qorxumuzdur. Artur Şopenhauer
Bizim qorxularımız düşmənlər üçün cəsarət mənbəyidir. Tomas Mann
Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani
Qorxu - bir fəlakətin baş verməsinə bilavasitə səbəb olmasa da, şübhəsiz, fəlakətdən törənən nəticələrin daha da genişlənməsində və gərginləşməsində həddindən artıq təsirli olur. Şeyx Məhəmməd Xiyabani
Qorxu və ümid - insanları idarə edən bu iki alətdir. Bu iki alətdən istifadə etmək əvəzinə, onların arasında fərq qoymadan, onlardan təbiətinə uyğun olaraq istifadə etmək lazımdır. Qorxu təhrik etmir, qorxunun qabağını alır və cəzalar haqqında qanunlarda ondan istifadə edilməsi yaxşı işlər görmək üçün yox, pis işlər görməyə mane olmaq üçündür. Yoxsulluq qorxusu qarşısında avaraların nə vaxtsa zəhmətkeş insan olması inandırıcı deyil. Ona görə də insanlar arasında əməkdə əsl yarış ruhu yaratmaq üçün onlara göstərmək lazımdır ki, əmək aclıqdan xilas olmaq üçün yox, rifaha nail olmaq üçün vasitədir. Gəlin, belə bir ümumi qayda müəyyən edək: heç kəsi nəyisə etmədiyinə görə yox, etdiyi şeyə görə məzəmmət etmək lazımdır. Jan Jak Russo
Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür. Bernard Şou
"Qorxuram!" - sözünü demək adamın öz vicdanı qarşısında biabırcasına etdiyi bir etirafdır. Şeyx Məhəmməd Xiyabani