Səfalət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Belə qəbul olunub ki, dəbdəbə – səfalətin əksidir. Yox, o vulqarlığın əksidir. Koko Şanel
- Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" Artur Şopenhauer
- Bütün sərvətin bir ovuc acgözlərin əlində olduğu, əksəriyyətinin səfalət içində yaşadığı cəmiyyətdə heç kim xoşbəxt ola bilməz. Tomas Mor
C
redaktə- Cəhalət səfalət doğurar. Azərbaycan atalar sözləri/C
E
redaktə- Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsi ilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
G
redaktə- Gördüyünüz kimi, həyat bizə qarşı çox qəddardır: bizi tez-tez öhdəsindən gələ bilmədiyimiz əzablar, məyusluqlar və reallaşması qeyri-mümkün olan cürbəcür başqa hallarla sınağa çəkir. Nəyəsə daha çox dözə bilmək üçün gördüyümüz müvəqqəti tədbirlər bizi həmin vəziyyətdən çıxarmır. Bu cür tədbirləri üç yerə ayıra bilərik. Birincisi, düşdüyümüz acınacaqlı vəziyyətə əhəmiyyət verməməyimizə səbəb olan güclü yayındırıcı hallar; ikincisi, bu səfalət hissini azaldan müvəqqəti məmnuniyyətlər; üçüncüsü, bizləri bu hissə qarşı biganələşdirən uyuşdurucu maddələrdir. Ziqmund Freyd
H
redaktə- Hər bir işğalçı, digərlərini müflis etməkdən zövq almaq üçün öz vətəndaşlarını səfalətə məhkum edən ağılsızdır. Pyer Büast
- Həyatda müəyyən bir məqam var ki, yüksəliş artıq mümkün deyil; həssaslıq o qədər dərin ola bilər ki, o qədər pisliklərin, o qədər ağrıların tamaşasına tamamilə köhnəlmədən şahidlik etsin, lakin ucalıq heç vaxt insan qəlbinin təcrübəsinə müqavimət göstərməyib. İnsanların qəlbində həyatda səfalətdən daha çox yoxsulluq var. Emil de Jirarden
İ
redaktə- İki il atasız qaldım. Bütün uşaqlığım və gəncliyim dəhşətli bir xəstəlik və yoxsulluqla mübarizə ilə keçdi. Evsiz, xəstə, pulsuz və bədbəxt qaldım. səkkiz illik məktəbdən yuxarı bir məktəb görmədim. Xəstəlik, cəhalət və səfalət əjdahaları ilə mübarizə apardım. Peyami Safa
- İnsan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə düşünmədən yaşaya bilməz.[1] Bencamin Franklin
K
redaktə- Kitablar olmasaydı, mən səfalət və alçaqlıq içində qərq olardım. Maksim Qorki
M
redaktə- Mən dinə bir xəstəlik, insan irqi üçün adı qoyulmamış bir səfalətin qaynağı kimi baxıram. Bertran Rassel
S
redaktə- Səadət qapıdan girəndə səfalət bacadan qaçar. Türk atalar sözləri
- Səfalətin elə bir dərəcəsi var ki, yoxsul oraya düşəndə artıq hissiz qalır, nə zülmdən şikayət, nə mərhəmətə təşəkkür edir. Viktor Hüqo
- Son nəticədə ierarxik cəmiyyət ancaq səfalət və cahillik üzərində qurulur. Corc Oruell
Y
redaktə- Yoxsulluq ayıb deyil, faktdır. Daha böyük həqiqət budur ki, sərxoşluq fəzilət deyil. Amma bədbəxtlik, möhtərəm cənab, bədbəxtlik rüsvayçılıqdır. Yoxsulluqda nəcib fitri hisslərini saxlaya bilərsən, səfalətdə heç vaxt! Cinayət və cəza (Fyodor Dostoyevski)
Z
redaktə- Ziyalı olmaq dəbə uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beynidir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələr əylənəsiniz deyə o mövqeyə gətirməyib. Belələri həqiqi ziyalı ola bilməzlər. Onlar korlanmışlar. Təhsil alanların hamısı milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyandırmağa, milli iradəni gücləndirməyə məcburdurlar. Kəndlilərə, işçilərə, xalqın aşağı təbəqələrinə daha yaxşı mövqeyə necə yüksəlmək lazım olduğunu öyrədin! Xalqımıza var olmağın dəyərini bilməyi və qorumağı öyrədin. Qıraq torpaqlarımızda hər kəndlinin, hər işçinin insan kimi daha sağlam, daaha xoşbəxt, daha ağıllı bir həyat yaşaya bilmək imkanlarını izah edin!
Xalqımıza necə çalışmaq lazım olduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının necə qoruna biləcəklərini öyrədin! Xoşbəxt bir ailə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmalı və uşaqlarını necə tərbiyə etməli olduqlarını başa salın.
Xalqımıza hər işi vaxtında görmək, nizamlı və intizamlı olmaq vərdişini aşılayın! Özlərinin və başqalarının hüquqlarına hörmətlə yanaşmağı öyrədin! Bütün bu işlərdə özünüz şəxsən hər kəsə nümunə olun! Özünüzə və xalqa yol göstərin!
Bütün Suomini böyük bir ailə kimi qəbul edin. Bütün ölkəyə də elə o gözlə baxın. Unutmayın ki, ən yoxsul kömürçü, satıcı, qulluqçu və dul qadın və eyni zamanda da hamısı birlikdə fin xalqını təşkil edir. Onlar sizin qardaşlarınız, həmvətənlərinizdir. Onlara təhsil vermək, onları mədəni, sivilizasiyada daha qədim olan millətlərin sırasına daxil etmək sizin vəzifələrinizdir.
Unutmayın ki, xalqın cəhaləti, kobudluğu, içki düşkünü olması, xəstəliyi, səfaləti, əxlaqsızlığı və ümumiyyətlə bütün mənfi xüsusiyyətləri sizin utancınız və günahınızdır. [2] Yohan Vilhelm Snelman