Ağıl hər şeyin böyük rıçaqıdır; insan təfəkkürü insan məqsədlərinə son nəticədə cavab verən prosesdir. Daniel Vebster
Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
Bir sözlə, təbiət, təcrübə və təfəkkür mənə dünya mallarının bizim ehtiyaclarımızı ödəyə biləcəyi dərəcədə dəyərli olduğunu və nə qədər sərvət toplamağımızdan asılı olmayaraq onlardan yalnız istifadə edə biləcəyimiz qədər zövq ala biləcəyimizi öyrətdi. Daniel Defo
Biz tariximizi zəif bilirik. Tarixi təfəkkürü, tarixi yaddaşı dəqiq olan xalq daha möhkəm mənəvi əsaslar üzərində yaşayır, özünə inamı böyük olur.[1]Tomas Cefferson
Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı! [2]Xəlil Rza Ulutürk
Dədə Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehrli, gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli bir şeir dünyasıdır.[3]Ələddin Allahverdiyev
Dil millətin ruhudur. Dil ideyanın, hissin, təfəkkürün canıdır. Lev Tolstoy
Hafizə ona deyilir ki, ağıl, təsəvvür, təfəkkür və ya təxəyyül vasitəsilə ümumiləşdirilib yığcamlaşdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlanıla bilsin. Nəsirəddin Tusi
İnsan o dərəcədə sakitləşir ki, özünü təkamül yolu ilə təfəkkür edən varlıq kimi başa düşsün, çünki belə bilik başqalarının düşüncənin nəticəsi kimi dərk edilməsini zəruri edir və o, düzgün dərk etdikcə, əşyaların daxili münasibətlərini getdikcə daha aydın görür. Səbəb-nəticənin hərəkəti ilə o, təlaşa və tüstülənməyə, narahatlığa və kədərlənməyə son qoyur və təmkinli, möhkəm, sakit qalır. Ceyms Allen
Qərbin heç bir yerində 19-cu əsrin ikinci yarısında bütün rus təfəkkürünün həsr olunduğu bu qədər özünəməxsus formada “zəka və insanlar” problemi mövcud deyil, çünki Qərbdə əslində nə “zəka” var, nə də “insanlar”. "sözün rus mənasında. Nikolay Berdyayev
Materialın xassəsi onda olan elektronların sayı ilə təyin olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır. Frans Kafka
Mömin, insanlara qarşı üzündən sevincli olduğunu göstərər. Lakin özü qəmlidir. Peyğəmbər əfəndimiz; "Möminin sevinci üzündədir. Halbuki ürəyi qəmlidir" buyurmaqdadır. Möminin təfəkkürü, düşünməsi, ağlaması çox, gülməsi azdır. Təbəssümü ilə ürəyindəki hüznü gizləyər. Çöldə dolanaşacağını təmin etməklə məşğul olur kimi görünər, ürəyi Rəbbini xatırlamaqla məşğuldur. Uşaq-muşağı ilə məşğul olur kimi görünər, ürəyi Rəbbi ilədir. Əbdülqədir Geylani
Musiqi - insan hisslərinin riyaziyyatı, riyyaziyyat isə insan təfəkkürünün musiqisidir. Kamil Silvestr
Müdrik o kəsdir ki, təfəkkür sənətinə yiyələnmiş, özünü tanımış, insanlarla rəftar etməyi öyrənmiş, lakin müdrik titulunu rədd edib, başqalarına tərbiyə ilə getməz, çünki tələb olunmamış hikmətdən daha axmaq bir şey yoxdur. Əli Abşeroni
Müstəqil təfəkkürə gedən ən qısa yol riyaziyyatdır. V.A.Kaberin(1902) sovet yazıçısı
Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir.[4][5]Ələddin Allahverdiyev
Tədricən Qərb mütəfəkkirləri Qərb təfəkkürünün təməllərinə hücum etməyə başladılar. Mexanika elminin həyatın sirlərini izah edəcəyini gözləməkdə sadəlövh idik. Daha geniş dünyagörüşü üçün bu sözçülər institutlarımızın təbiəti necə pozduğuna işarə etdilər: Təhsilimiz və fəlsəfəmiz sənətə, hisslərə, intuisiyaya dəyər verə bilmədi. Merilin Ferqyuson
↑Ələddin Allahverdiyev. Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar. “Xalq qəzeti”, № 063 (29605), 30.03.2021, səh.6
↑“Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı”. Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018-05-28)