Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən təməl özəlliyidir, davam edən öyrənmə, sarsıntılı zamanları geridə qoymaq və həyatda qalmağın ən önəmli taktikalarından biridir. Robin Şarma
Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
Kim olduğumu bilməyin gərəkli olduğunu düşünmürəm. Həyatın və çalışmağın təməl istiqaməti, başlanğıcdakı tipimizdən fərqli başqa bir tipə çevrilməkdir. Mişel Fuko
Mədəniyyətdən uzaq yaşayan insanları gördükcə insanın təbiəti haqqında daha yaxşı fikirləşməyə fürsətim oldu və sözdə mədəni insan ilə sözdə vəhşi insan arasındakı təməl fərqlərin yoxa çıxdığını gördüm. [1]Alfred Rassel Uolles
Mən Çaykovskinin yaradıcılığına coşğun pərəstiş edən adamlardan biriyəm. Mən öz azad yaradıcılıq fantaziyamı xalq musiqi dilinin sarsılmaz təməli üzərində inkişaf etdirmək prinsipini Çaykovskidən götürmüşəm. Üzeyir Hacıbəyli
Şərqli öndərlər, millətlərinin başından ayrılmayaraq hər hökumətin təməli olan bu iki qanunu haqqıyla edirlər: yaxşı yola aparmaq və pisliklərdən qorumaq. Bu zadəgan hərəkət Ruslardan çox xüsusilə Türklərdə gözə dəyir. Ogüst Kont
Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. Tur Xander