Adətən belə düşünürlər ki, oğru, qatil, casus, fahişə öz peşəsini pis qəbul edərək, bundan utanmalıdır. Əksinə, tam əksi baş verir. Qədər və günahlarını və ya səhvlərini müəyyən bir vəziyyətə salan insanlar, nə qədər səhv olsa da, bu vəziyyətin onlara yaxşı və hörmətli görünə biləcəyi işığında ümumiyyətlə həyata baxış yaradır. Lev Tolstoy
Allah eləməsin ki, vəziyyət qəzetlərin yazdığı kimi pis olsun. Uill Rocers
Bir-birinə iki əks vəziyyət insanları avaraçılığa sövq edir: onlardan biri malik olduğumuza görə kifayətləndiyimiz səmimi sakitlikdir, ikincisi isə məmnunluğu hiss etməyə imkan verməyən doymaz şəhvətdir. Arzusu, istəyi olmayanla istədiyini ala bilmədiyini bilən eyni tərzdə hərəkətsiz olur. Hərəkət etmək üçün bir şeyə cəhd etmək və ona nail olmaq lazımdır. Jan Jak Russo
Birtərəfli insan özünə güvənən və ötkəm olur. Birtərəfli insan hamını özünə qarşı silahlandırır. Birtərəfli insan heç bir şeydə orta vəziyyət tapa bilmir. Nikolay Qoqol
Biri danışmasına başlarkən vəziyyət sandığın kimi deyil ifadəsi istifadə edirsə vəziyyət tam da sandığınız kimidir. Bob Dilan
Bu dünyada hər şey nisbidir və onda insan üçün daha pis ola biləcək bir vəziyyət yoxdur. Maksim Qorki
Elə uğursuz vəziyyət yoxdur ki, ağıllı ondan nəsə bir xeyir götürməsin, elə uğurlu durum yoxdur ki, axmaq onu öz əleyhinə çevirməsin. Fransua de Laroşfuko
Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[1]Cek Ma
Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
... Hətta padşahlar çox vaxt böyük işlər üçün doğulan insanların acı taleyindən şikayətlənir və taleyin onları miskinliklə böyüklük arasındai yerləşdirməməyinə təəssüflənir. Dua edən müdrik insan da yoxsulluq, zənginlik üçün yox, həqiqi xoşbəxtlik meyarı olan orta vəziyyət üçün dua edir. Daniel Defo
Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. Bertran Rassel
İqtisadi və texnologiya baxımından inkişaf etdikcə, bir-birimizə daha çox bağlanırıq. Gördüyümüz hər bir iş bu və ya digər şəkildə dünyanın geri qalanına təsir edir. Yeri gələndə, dünyadakı mövcud olan vəziyyət də hər bir fərdin xoşbəxtliyinə və bədbəxtliyinə təsir edir. İndi artıq keçmişdə olduğu kimi dayaz dünyagörüşlə, sadəcə bir meyarı nəzərə alaraq, yeganə bir səbəbi və ya faktoru göstərərək canımızı qurtara bilmərik. Bugünkü dünyada artıq hər bir hadisə bütün tərəfləri nəzərə alınaraq analizdən keçirilməlidir. Dalay Lama
İnsanın varlığını təmin edə biləcək bütün çalışmaların ən təbiisi insanın öz əməyidir. Taledən və insanlardan asılı olmayan ən yaxşı sosial vəziyyət isə sənətkarın vəziyyətidir. Jan Jak Russo
İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik. İlham Əliyev
Kişilər hərəkət etdikləri kimi, qadınlar isə göründükləri kimidir, kişilər qadınları seyir edirlər. Qadınlar isə seyr edilişlərini seyr edirlər. Bu vəziyyət ancaq kişilərlə qadınlar arasındakı əlaqələri deyil, qadınlar öz aralarındakı əlaqələri müəyyənləşdirir. Qadını içində seyr edən kişi, seyr edilən qadındır. Beləliklə qadın özünü seyr edilən əşyaya çevirir. Con Berqer
Mətanət ona deyilir ki, nəfsin bədbəxtlik, ələm, kədər və ağır günlərə dözmək müqaviməti sarsılmaz ola, belə vəziyyət yarandıqda məğlubiyyətə uğramaya. Nəsirəddin Tusi
Təhsil həyatınızda da qazanan və məğlub olanlarla qarşılaşdınız. Gerçək həyatdakı qarşılaşmalar belə olmayacaq. Bəzi məktəblərdə dərsini keçməsi üçün sinifdə qalan şagirdə dəfələrlə yeni fürsətlər verilir. Ancaq gerçək həyatda vəziyyət bu qədər sadə deyil. Bil Geyts