Yaş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qüsurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. Marsel Prust
B
redaktə- Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır. Aristotel
- Beş yaşına çatanda uşaq sizin ağanız, on yaşına çatanda - qulunuz, on ilə on beş yaş arasında gizli müttəfiqinizdir və daha sonra sizin dostunuza və ya düşməninizə çevrilir. Alman atalar sözləri
C
redaktə- Cavanlığın sirri ürək açıqlığında, yavaş yemək və öz yaşını deməməkdədir. Lus Boll
D
redaktə- Dodaqlarınızda həmişə gülüş, ruhumuzda bir sakitlik olduğu yaş barədə peşmançılıq çəkməyən varmı? Jan Jak Russo
E
redaktə- Ekspedisiyadan dönəndən sonra, mənə 59-dan 75-ə qədər yaş verirdilər. Ancaq, mənim 33 yaşım vardı. Rual Amundsen
H
redaktə- Həmişə ölüm qorxusuyla yaşamaq gərəksizdir. Ona görə ki, o nə vaxtsa gələcək və həyatındakı bütün qorxuları özüylə aparacaq. Yaş keçdikcə insanın beynindəki qorxuya cavabdeh olan hüceyrələr ölməyə başlayır. Leonard Koen
- Hər yaşın öz xüsusi meylləri var, lakin insan həmişə eyni qalır. On yaşında o, xoş şeylərin cazibəsi altında, iyirmi yaşında aşiqlikdə, otuzda həzzdə, qırxda şöhrətpərəstlikdə, əlli yaşında xəsislikdə. Jan Jak Russo
K
redaktə- Kim ki, zəhmətinə “həyatım” dedi,
Bu gecə fərəhdən aşıb-daşdı, o.
Yaşının üstünə bir yaş gəlmədi,
Deyərdim bir yaş da cavanlaşdı o. Bəxtiyar Vahabzadə
Q
redaktə- Qadın öz qızından on yaş gənc görünürsə o, mükəmməlcəsinə hər şeylə təmin olunur. Oskar Uayld
- Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Con Lokk
- Qadın yalnız özünün yaş sirri kimi bir sirr saxlaya bilər. Volter
- Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş. Alfons Karr
- Qocalığın yaş həddi yoxdur və qocaların həyatı ağır həyat yükünü daşımaqla və ölümə nifrət etməklə bağlıdır. Ona görə də qocalıq gənclikdən daha cəsarətli və daha güclüdür. Tiran Pisistrat Solondan onun cəsarətlə müqavimət göstərməsinə güc verənin nə olduğunu soruşanda o cavab verir: “Qocalıq”. Mark Tulli Siseron
M
redaktə- Mən heç vaxt qoca olmayacağam. Mənə görə qocalıq həmişə məndən 15 yaş böyükdür. Frensis Bekon
- — Mənim otuz yaşım var, — mən dedim, — Mən artıq beş ildir ki, özünə yalan danışmağı düzgün sayan yaş həddindən uzağam. Böyük Getsbi
N
redaktə- Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heçnə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin
O
redaktə- Onun otuz yaşı tamam oldu: yarımçıq yaş. Cavan olmaq üçün çox qocasan, qoca olmaq üçün çox cavansan. Frederik Beqbeder
- Orta yaş, yaşınızın bədənin orta hissəsində görünməyə başladığı dövrdür. Bob Hop
Ö
redaktə- Özündən böyüyün məsləhətinə bax, səndən hətta bir yaş da böyük olsa. Qaraqalpaq atalar sözləri
P
redaktə- Pisliyi öyrənməyin yaş həddi yoxdur. Karl Lessinq
U
redaktə- Uşaqlıq çağları üçün yararlı və hər cür yaş üçün son dərəcə əhəmiyyətli yalnız bir əxlaq dərsi var: “Heç kimə pislik etməmək”. Jan Jak Russo
Y
redaktə- Yaş qadın üçün əsas deyil: 20 yaşda valehedici, 40 yaşında və ömrünün sonuna qədər cazibədar olmaq olar. Koko Şanel
- Yaş otuz beş - yolun yarısı. Cahid Sidqi Tarançı
- Yaş sadəcə rəqəmdir. 20 yaşınız olanda düşünürsünüz ki, 50 yaş kabusdur. Lakin 50 yaşda olarkən, özünüzü 30 yaşında olan biri kimi hiss edirsiniz. Yaşımız bizim həyata olan münasibətimizi müəyyən etməməlidir. Rəqəmlərə özünüzü dəyişdirməyə imkan verməyin. Barie Davenport
- Yaş yetmiş - iş bitmiş. Türk atalar sözləri
- Yaşım artdıqca, daha aydın başa düşürəm ki, bu şounun aparıcısı mən deyiləm. Leonard Koen
- Yaşlanma qaçırılmazdı. Bədənimiz yaşlanır və biz buna mane ola bilmərik. Yaşlanmanı yavaşıtmaq istəyirsinizsə, hər gün həyatınızdan zövq alın. Barie Davenport
- Yaşlı nəsil hər şeyə inanır, orta yaşlılar hər şeyə şübhə ilə yanaşır, gənc nəsil isə hər şeyi bilir. Oskar Uayld
- 7 yaşdan 11 yaşa qədər — həyatın bu böyük parçası zəifliklərdən və unutqanlıqlardan ibarət olur. Bu yaşda biz müntəzəm olaraq heyvanlarla ünsiyyəti itiririk, quşlarsa söhbət etmək üçün daha bizim pəncərəmizə qonmurlar. Yavaş-yavaş bizim gözlərimiz gördüklərinə öyrəşməyə başlayır və biz möcüzələrdən uzaqlaşmağa başlayırıq.[1] Leonard Koen
İstinadlar
redaktə- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014