Yanmaq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adını eşidincə deyil, yanında başqa bir ad eşidincə yanar əslində canınız ... Pablo Neruda
- Ağır-ağır yanan bərk yanar. Fin atalar sözləri
D
redaktə- Danışsam dilim yanar, sussam ürəyim. Özdəmir Asaf
E
redaktə- Eşq alovdur, o yananda Məşuqdan başqa hər şeyi kül edir. Mövlana Cəlaləddin Rumi
- Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar. Mövlana Cəlaləddin Rumi
H
redaktə- Hirs atəşinin ilk odundan qəzəb sahibi yanar, alovun düşmənə çatıb-çatmaması isə sonraya qalar. Sədi
İ
redaktə- İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar. Ərəb atalar sözləri
K
redaktə- Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır. Tur Xander
M
redaktə- Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədədlərin gərdişinə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (əsl) dövlət olan hikmətin xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusu olmaz. Nəsirəddin Tusi
- Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım.Əgər anlatsam,həm dodaqlar yanar,həm də dil. Mövlana Cəlaləddin Rumi
- Mərd mərdi qanar, bərkdə oduna yanar. Azərbaycan atalar sözləri/M
Ş
redaktə- Şam başından yanar. Azərbaycan atalar sözləri/Ş
- Şam yanar, şölə çəkər... Azərbaycan atalar sözləri/Ş
- Şam yanmasa, başına pərvanə dolanmaz. Azərbaycan atalar sözləri/Ş
- Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?
- Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm! Azərbaycan atalar sözləri/Ş
Ü
redaktə- Ürək yanar, göz yaşarar. Azərbaycan atalar sözləri/Ü
- Ürək yanmasa, gözdən yaş çıxmaz. Azərbaycan atalar sözləri/Ü