Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
Əslən avstraliyalı amerikanlarla danışmaq xoşuma gəlir. Onlar danışanda çox az ehtiyat edirlər, bu da ünsiyyətə başqa bir zövq qatır. Mel Qibson
Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İnsanlar ümumilikdə bir-birlərinə nifrət edərlər. Çünki bir-birlərindən qorxarlar, ünsiyyət qurmazlar, çünki siniflərə ayrılmışlardır. Martin Lüter Kinq
İnternetə, ünsiyyət vasitələrinin qloballaşmasına rəğbət üzündən itirilmiş ilk şey sərhəd anlayışıdır. ("Privacy" konfransı. 2000-ci il. Venesiya.) Umberto Eko
Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz. Sokrat
Sizin ən yaxşınız ən gözəl xasiyyətlinizdir, o kəsləriniz ki, özləri başqaları ilə ünsiyyət tuturlar, başqaları da onlarla ünsiyyət tuta bilir.[3]Məhəmməd peyğəmbər
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir (Qurani-Kərim)