İnsaf
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı. Qırğız atalar sözləri
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Ç
redaktə- Çapqınçı ol, insafı əldən vermə. Azərbaycan atalar sözləri/Ç
E
redaktə- Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
Ə
redaktə- Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər. Pol Oster
H
redaktə- Hər işi tutdun, insafı əldən qoyma. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
İ
redaktə- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin
- İnsaf dinin yarısıdır. Azərbaycan atalar sözləri/İ
- İnsanlar öz həmnövlərinin hüquqlarını qorumalı, böyüklərə hörmətlə yanaşmalı, əmanətə xəyanət etməməli, müamilədə insaflı olmalıdırlar. Nəsirəddin Tusi
Q
redaktə- Qazanc dövlət artırar, insaf şöhrət. Qabusnamə
O
redaktə- Oğurluğa getsən, insafı əldən qoyma. Azərbaycan atalar sözləri/O
S
redaktə- Sülhün bərqərar olması bütün güclülərdə insaf, gücsüzlərdə isə cəsarət olmalıdır. Rabindranat Taqor
T
redaktə- Tamahı çox olanın insafı az olar. Ərəb atalar sözləri
- Ticarətin əvvəli də — insaf, sonrası da insafdır. Azərbaycan atalar sözləri/T
Y
redaktə- Yer üzündə cənnət mümkündür, hərgah rəhm olsa, insaf, mürvət olsa, vicdan olsa. Nəcəf bəy Vəzirov