İradə
İradəyə aid atalar sözləri
ARedaktə
- Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
- Allah bizə məhdud ağıl və hüdudsuz iradə verib, lakin elə bir həddə verib ki, onun bizi hansı məqsədlə yaratdığını öyrənə bilməyək. Benedikt Spinoza
BRedaktə
- Böyük iradə yalnız bir şeyi arzulayıb, ona nail olmağı bacarmaqdan ibarət deyil, həm də lazım gəldikdə özünü bir şeydən çəkindirməyi, məcbur etməyi bacarmaqdan ibarətdir. Anton Makarenko
CRedaktə
- Cəsarət heç bir halın sarsıda bilməyəcəyi enerji mənbəyi, mükəmməl iradə qüvvəsidir. Samuel Smayls
ÇRedaktə
- Çox vaxt əzm və iradə zəif ağlın daha güclü ağla qalib gəlməsinə kömək edir. Andre Berte
DRedaktə
- Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur. Viktor Hüqo
ƏRedaktə
- Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq. Adolf Hitler
- Əgər məhəbbətdə seçim iradə və ağılla olsaydı onda sevgi hissi və ehtiras olmazdı. Vissarion Belinski
GRedaktə
- Güclü iradə insan üçün qiymətli keyfiyyətdir. Demokrit
İRedaktə
- İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir. Tur Xander
- İnam vicdanın iradə ilə razılaşmasıdır. Lev Tolstoy
- İnsanın iradə və dözümünü çətin işlərdə yoxlamaq məsləhətdir. Con Friman
- İnsan öz xəyalı və çatmaq istədiyi aləm arasında olan böyük məsafəni yalnız öz iradə və biliyinin köməyi ilə keçə bilər. Cübran Xəlil Cübran
- İradə məhv edilə bilməz. Jak Lakan
- Iradəlilik - çox ecazkar şeydir. Onun vasitəsilə dağları yerindən oynatmaq mümkündür. Cek London
- İşlərini əql, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam axırda peşmançılıq çəkər. Kəlilə və Dimnə
QRedaktə
- Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali
MRedaktə
- Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir. Nəsirəddin Tusi
SRedaktə
- Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz. Həzrəti Əli
YRedaktə
- Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... - Albert Eynşteyn
- Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. Əbu Turxan
ZRedaktə
- Zəfər iradədən ibarətdir. Napoleon Bonapart