A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl əmr edəni dil bəyan edər. Xaqani Şirvani
  • Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Qurani-Kərim
  • Artıq yaşanmaq üçün deyil ayrılmaq üçün yaşanar oldu eşq. Və tərk etmələri azmış kimi bir də əmr verilər. 'Özünə yaxşı bax'. Can Dündar
  • Bir xalqın dini seçimi həmişə onun hökmdarları tərəfindən müəyyən edilir. Həqiqi din həmişə hökmdarın bəyan etdiyi dindir; həqiqi tanrı hökmdarın ibadət etməyi əmr etdiyi tanrıdır; beləliklə, hökmdarlara rəhbərlik edən ruhanilərin iradəsi həmişə Allahın özünün iradəsi olur. Pol Anri Holbax
  • Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. Makedoniyalı İsgəndər
  • Eşq bir əmrə çevrildiyində, nifrət həzzə çevrilə bilər. Çarlz Bukovski
  • Ey insanlar, həqiqətən də Allah bildiklərimi sizə də bildirməyi, öyrətməyi əmr etmişdir. Məhəmməd
  • Əmr edə bilmədiyim 10000 adamım olacağına, əmrim altında olan 10 adamım olmasını seçərəm. Ölkələr qılıncla alınar, ancaq ədalətlə qorunar. Teymurləng
  • Ən böyük fəth mübarizə etmədən qazanılar, ən müvəffəqiyyətli idarəçi əmr etmədən idarə edər. Lao-tszı
  • Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.[1] İsa
  • Hər əmr azadlığın sifətində partlayan bir yumruqdur. Mixail Bakunin
  • Özünü idarə edə bilməyən başqasının əmri altında yaşamağa məhkumdur. Viktor Hüqo
  • Təbiət mənə rəhmli, vətən sərt olmağı əmr etdi. Amansız olmağı isə nə vətən, nə də təbiət əmr etmədi. Mark Tulli Siseron
  • Ürəyə əmr yoxdur. Rus atalar sözləri
  • Ürəyin nəyi əmr edirsə onu et. Onsuz da hər bir halda səni tənqid edəcəklər. Sən bunu etsən də, səni mühakimə edəcəklər, etməsən də. Eleanora Ruzvelt
  • Yaxşılığı əmr et, pisliyi nəhy elə. Əli

İstinadlar

redaktə
  1. Matta 28:18-20