Əvvəl
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. Yunan atalar sözləri
B
redaktə- Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz. Əlif Şəfəq
- Bir cəmiyyətə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır. Epiktet
- Biri haqqında qərar verməzdən əvvəl özünü onun yerinə qoy. Yunan atalar sözləri
D
redaktə- Danışmadan əvvəl düşün hərəkət etmədən əvvəl ölç. Uilyam Şekspir
- Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır. Mövlana Cəlaləddin Rumi
- Diplomat - heç bir şey söyləməmişdən əvvəl 2 dəfə fikirləşən şəxsdir. Uinston Çörçill
E
redaktə- Evlənmədən əvvəl gözlərinizi dörd açın. Evləndikdən sonra yarı yarıya bağlayın. Portuqal atalar sözləri
- Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm. Özdəmir Asaf
Ə
redaktə- Əvvəl arxı tullan, sonra özünü öy. Azərbaycan atalar sözləri
- Əvvəl çörək, sonra əxlaq. Bertolt Brext
- Əvvəl danış, sonra gül. Azərbaycan atalar sözləri
- Əvvəl danışan bilsə ki, sonra danışan nə deyəcək - heç danışmaz. Azərbaycan atalar sözləri
- Əvvəl döyək, sonra yeyək. Azərbaycan atalar sözləri
- Əvvəl düşün, sonra sonra danış. Azərbaycan atalar sözləri
- Əvvəl evin (məscidin) içi, sonra bayırı. Azərbaycan atalar sözləri
- Əvvəl qaçan canını qurtarar. Azərbaycan atalar sözləri
- Əvvəl qapını döy, sonra qonaq ol. Azərbaycan atalar sözləri
- Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov, sonra tüstü. Nikola Şamfor
- Əvvəl sevdiyiniz tərk edər sizi, arxasından yuxunuz... Sonra nə sevdiyiniz gələr geri, nə də yuxunuz. Camal Sürəya
- Əvvəl yoldaş, sonra yol. Azərbaycan atalar sözləri
- Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır. Azərbaycan atalar sözləri
- Əvvəl zəhmət çəkən sonra rahat olar. Azərbaycan atalar sözləri
H
redaktə- Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək. Aliya İzzetbeqoviç
Q
redaktə- Qadın evlənməmişdən əvvəl, kişi evləndikdən sonra ağlar. Polşa atalar sözləri
M
redaktə- Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiyyatı bilməkdir. Kalinin
- Mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər, abidələr həyatdakı ən böyük zövqüm. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım. Artur Şopenhauer
- Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir. Platon