Ağırlıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamı tanımaq üçün onunla özü ağırlıqda duz yemək lazımdır. Assuri atalar sözləri
- Ağlın yüngüllüyündən ayağa ağırlıq düşər. Gürcü atalar sözləri
- Arabanın ağırlıq düşən yeri cırıldayar. Abxaz atalar sözləri
B
redaktə- Buynuz başa ağırlıq etməz. Tabasaran atalar sözləri
Ç
redaktə- Çörəklə paltarın ağırlığı olmaz. Ləzgi atalar sözləri
Ə
redaktə- Əgər ağırlıq və uzunluq ölçüləri mövzusunda qavrayışımız fərqli olsaydı, Günəşin önündə ehtiramla durduğumuz kimi atəşböcəyinin də önündə də eyni ehtiramla dayanardıq. Cübran Xəlil Cübran
H
redaktə- Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur. Horatsi
İ
redaktə- İnəyə onun buynuzları ağırlıq eləmir. Efiopiya atalar sözləri
K
redaktə- Kifayət qədər təlim və təcrübə rəhbərdə qətilik yaradır, bu, istənilən başçı üçün qaçılmaz olan toqquşma zamanı ona güc verir. Gücünə arxayın olmayan başçı tabeliyində olanlara və özünə bərabər rəislərə nümayiş etdirir ki, vəzifələrin ağırlığı onun gücündə deyil, odur ki, zəif başçı və faydasız rəhbər olur. Atilla
Q
redaktə- Qoçun buynuzu qoça ağırlıq eləməz. Azərbaycan atalar sözləri/Q
M
redaktə- Marala buynuzu ağırlıq etməz. Ləzgi atalar sözləri
O
redaktə- O qədər çox yemə ağırlıq etsin,
O qədər ac qalma, can əldən getsin. Sədi Şirazi
Ö
redaktə- Özünə bir ağırlıq verən kəsin heç bir ağırlığı yoxdur. Əbdülqədir Geylani
P
redaktə- Paltom belə çiynimə ağırlıq edirsə, qoc-qocaman dünyanı necə daşıyaram? Frans Kafka
T
redaktə- Tanrı hər şeyi ölçüylə yaratmışdır. Ağırlıq, ədəd və uzunluq. İsaak Nyuton
Y
redaktə- Yaxşı, ağırlıq həqiqətən nifrət edilməsi, yüngüllük də göz qamaşdırıcıdırmı. Milan Kundera
- Yolda çörək ağırlıq etməz. Rus atalar sözləri