Aforizm düşüncələr zəncirinin halqasıdır. Oxucudan bu zənciri öz imkanları ilə yenidən qurmağı tələb edir. Aforizm bir ehtimaldır. — Yaxud Heraklitin bildiyi kimi ehtiyat tədbiridir. Aforizm həzz almaq istəyirsə, başqa materiallarla (nümunələr, izahatlar, hekayələr) təmasda olmalıdır. Çoxları bunu başa düşmür və bu səbəbdən risksiz nəyin riskli olduğunu ifadə etmək olar. Fridrix Nitsşe
Ağıl dayandıqda düşüncə də dayanır; düşüncə dayandıqda hərəkət də dayanır; hərəkətsizlik də cürüməyə səbəb olur. Muhəmməd Qəzzali
Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq. Viktor Hüqo
Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
Bəzən səmadaqarabuludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən ağ buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən. Oşo
Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarəthava işıqlananda qayıdacaq. Uilyam Qoldinq
Biricik bir sözdür və bir sözün altında düşünüləcək bir şey olmalıdır, bir söz düşüncə ehtiva etməlidir. Halbuki biricik düşüncəsiz bir sözdür, düşüncə ehtiva etməz. Maks Ştirner
Biz bütün işığa sahibik, tək bir şey edilməlidir; düşüncələri praktikaya tökmək. Albert Payk
Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk
Düşüncə ilə davranış arasında məsafə yoxdur. Uinston Çörçill
Düşüncədə iradə var, xəyalda isə iradə yoxdur. Viktor Hüqo
Düşüncələrimizə hakim olan və əqidələrimizi tabe etdirən ideyalar elə bir zəncirdir ki, ürəyimizi qırmadan onlardan azad ola bilmərik. Karl Marks
Düşüncəsi, ürəyi, iradəsi bir olan-istədiyi zirvəni fəth eyləyər hər zaman. Abay Kunanbayev
Düşünəndə ki, uşaqlarım mənim dilimi, bunun ardınca da düşüncələrimi, arzularımı, səylərimi, yoxsul təbiətimə, doğma xalqıma, küləşli kəndimə yaxşımı, pismi, xidmət etdiyim vətənimə məhəbbətimi anlamayacaqlar, məni dəhşət bürüyür.[1]Vladimir Koralenko
Düşüncələrimizi zorla başqalarına qəbul etdirmək həm faydasız, həm də günüh işdir. Adolf Klauber
Elm deyə, məntiq deyə, ağıl deyə bir şey var; təcrübə ilə təsdiqlənən düşüncə var. Bir də Kaliforniya deyə bir şey var. Edvard Abi
Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim. Albert Eynşteyn
Tarixdə olduğu kimi elmdə də müəyyən inkişaf mərhələsi öz dahisini tələb edir. Müəyyən inkişaf dövrü, müvafiq düşüncə tərzinə malik insanlar tələb edir. Pyotr Kapitsa
Təcrübə düşüncənin, düşüncə isə hərəkətlərimizin övladıdır. Ralf Uold Emerson
Təcrübə göstərir ki, sınaqdan keçirilməmiş, dəlillə müdafiə edilməmiş düşüncə, bütün qəbul etdiyimiz həqiqətlərin əsasını təşkil etsə də, həqiqətin təminatçısı deyil. Bertran Rassel
Tərbiyə ağılın müəllimi, düşüncə isə rəhbəridir. İohann Lavater
Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir. Mişel de Monten