Arıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Arıq hara, qoruq hara. Azərbaycan atalar sözləri/A
- Arığa batman da yükdür. Azərbaycan atalar sözləri/A
- Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq. Azərbaycan atalar sözləri/A
B
redaktə- Belə otyeyən idin, nə üçün arıq düşdün?! Azərbaycan atalar sözləri/B
C
redaktə- Cəmiyyətimizə baxın. Hər kəs arıq olmaq istəyir, amma heç kim pəhriz saxlamaq istəmir. Hər kəs uzun yaşamaq istəyir, amma çox az adam idman edəcək. Hər kəs pul istəyir, lakin nadir hallarda kimsə büdcəsini tərtib edir və ya xərclərinə nəzarət edir. Con Maksvell
D
redaktə- Dəvə nə qədər arıq olsa da, dərisi bir eşşəyə yükdür. Azərbaycan atalar sözləri/D
K
redaktə- Köç geri qayıdanda arıq, axsaq qabağa düşər. Azərbaycan atalar sözləri/K
- Köhnə baramanın qurdu da arıq olur. Vyetnam atalar sözləri
- Kök adam həyatından razıdır, amma, özündən razı deyil. Arıq adam özündən razıdır, amma, həyatından razı deyil. Luule Viilma
- Kök adamlarda qida həzmi traktının xəstəlikləri ondan yaranır ki, köklər özlərini məcbur edirlər ki, yaxşı olsunlar. Arıqların da xəstəliyi eynidir, ona görə ki, onlar özlərini məcbur edirlər ki, pisi yaxşıya çevirsinlər. Luule Viilma
- Kök arıqlayınca arığın canı çıxar. Azərbaycan atalar sözləri/K
- Kök arıqlıyıncan bir ömürdür, arıq arıqlıyıncan o taylıqdır.. Azərbaycan atalar sözləri/K
- Kök nazilincə, arıq üzülər. Tatar atalar sözləri
Q
redaktə- Qadınların nə hündür kişilər xoşuna gəlir, nə balaca boy, nə kök, nə arıq, nə gözəl, nə eybəcər, o kişilər xoşlarına gəlir ki, onlarla məşğul olmaq istəsin. Anna Axmatova
N
redaktə- Nə yaraşır arığa, gedə girə qoruğa? Azərbaycan atalar sözləri/N
Ö
redaktə- Öküz arıq olmasa, ailə kök olmaz. Çeçen-inquş atalar sözləri
P
redaktə- Payızda da kökəlməyən, arıq qalar. Monqol atalar sözləri
U
redaktə- Uruşibara Ruka. Qadın xasiyyəti və qadın səsi... Yox. Hər qadından daha incə. Amma o oğlandır. Mayuridən daha hündür, amma çox arıq... Amma o oğlandır. Miko geyimində əla görünür... Amma o oğlandır. Artıq qaranlıq düşür, hələ də hava istidir. Cırcıramalar oxuyurlar. Amma... O oğlandır. Steins;Gate
Ü
redaktə- Üzdən nə qədər cazibədar olsalar da, arıq bədəni, ensiz arxası, nazik və uzun ayaqları olan qadınlara aludə olmayın. Belə qadınlar yataqda sizə az sevinc gətirəcək, amma çox şey tələb edəcəklər. Çünki onlar doymaz bir məxluqdur. Seçimi geniş arxası, iri ombası, orta boydan aşağı, möhkəm bədəni olan qadınlarda etmək lazımdır. Leonardo da Vinçi