Bəndə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah əyməyəni bəndə əyə bilməz. Azərbaycan atalar sözləri/A
- Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olsun. Fatimə
- Allaha inanmayana bəndələr də inanmaz. Azərbaycan atalar sözləri/A
- Allahdan gizlin deyil, bəndədən nə gizlin. Azərbaycan atalar sözləri/A
- Allahdan qorxmaz, bəndədən utanmaz. Azərbaycan atalar sözləri/A
- Allah - təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir. Məhəmməd
- Allahın elə bəndələri vardır ki, Allah onları bəndələrin faydalarına xidmət etməklə nemətləndirmişdir. Onların əllərinə nemətlər vermişdir. Onlar da o nemətləri bəndələrə ehsan edərlər. Lakin ehsan etməsələr, o nemətləri onlardan alıb başqalarına verər. — Əli
B
redaktə- Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?! Azərbaycan atalar sözləri/B
- Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
- Bil ki, bəndə on şeydən özünü qorumalıdır: nifaqdan, nifaqdan, çaşqınlıqdan, müsibətdən, zərərdən, peşmançılıqdan, nəfs, ürək bulanmasından, özündən razılıqdan, insanların məzəmmətindən qorxmaqdan. Əbu Hamid əl-Qəzali
- Bir Allah bəndəsi ki, vaxtını boş keçirə, bihudə şeylərə vaxt sərf edə, Allah-Təalanı anmaya, bil ki, Allah ondan üz döndərib. Əbülfəz Zun-nun Misri
- Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?" Və mələklər deyər: "Özü ilə nə gətirdi?" Məhəmməd
- Bu dünyada qadın bir çox pisliklərin mənbəyi olsa da, nəinki biz, günahkar bəndələr, eləcə də müqəddəslər onların təsiri altına düşür. Anton Çexov
- … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
D
redaktə- Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha da hiss etmirdi. Stanislav Eji Lets
Ə
redaktə- Əmr Allaha məxsusdur… Bəs bəndələrin xətası yoxdurmu? II Süleyman
H
redaktə- Heç bir bəndə özü üçün istədiyi xeyri başqa insanlar üçün də istəmədikcə kamil iman sahibi deyildir. Məhəmməd
Ö
redaktə- Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə. Nizami Gəncəvi
T
redaktə- Tanrı ac istəyəni bəndə doyura bilməz. Azərbaycan atalar sözləri/T
Y
redaktə- Yer üzündə heç bir bəndə öz sirrini gizlədə bilməz. Dodaqları qapalı qalsa da, əl barmaqları danışacaq. Ziqmund Freyd