Xidmət
təchizatçı və istehlakçının qarşılıqlı əlaqəsinin nəticəsi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ad verməyə layiq olmayan bütlərə xidmət etmək, bütün pisliklərin başlanğıcı, səbəbi və sonudur. Süleyman
- Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir. Paulo Koelyo
- Allahın elə bəndələri vardır ki, Allah onları bəndələrin faydalarına xidmət etməklə nemətləndirmişdir. Onların əllərinə nemətlər vermişdir. Onlar da o nemətləri bəndələrə ehsan edərlər. Lakin ehsan etməsələr, o nemətləri onlardan alıb başqalarına verər. Əli
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
redaktə- Başqa adamlardan xidmətlər qəbul etməyi yox, əksinə başqalarına qulluq etməyi və həyatını insanlara həsr etməyi dərindən başa düşən insan xoşbəxtdir. Bu cür hərəkət edən insan öz mülkünə layiq olacaq və heç vaxt uğursuzluğa düçar olmayacaq. Lev Tolstoy
- Başqalarına xidmət edə-edə yanıram. Latın atalar sözləri
- Bir bina tikintisində işləyən bir işçi olaraq ya bütöv planı bilmir, ya da həmişə aydın şəkildə təsəvvür etmir, buna görə həyatının fərdi günlərinə və saatlarına xidmət edən bir insan, ümumi bir fikrə sahib deyil. Artur Şopenhauer
- Bir dövlət içərisində gəncliyin təhsil və tədrislə məşğul olmasından daha böyük və daha müqəddəs bir xidmət düşünülə bilməz. Siseron
- Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər. Fridrix Nitsşe
C
redaktə- Cəmiyyətə xidmət vətəndaşların əsas işi olmadıqda və onlar özləri ilə deyil, pul kisələri ilə xidmət etməyə üstünlük verdikdə, dövlət artıq məhv olmağa yaxındır. Jan Jak Russo
D
redaktə- Dövlətə adamların ən pisləri xidmət edir, yaxşıları isə öz pis cəhətləri ilə xidmət edirlər. Vasili Klyuçevski
E
redaktə- Elə anlar var ki, onlar heç vaxt yaddan çıxmır, Livanda fanatik terrorçular tərəfindən qətlə yetirilmiş əsgərlərimizin ölümü kimi. Belə hadisələri yaşaya bilməyi öyrənməlisən. Amma sizə onu demək istəyirəm ki, hər səhər yuxudan oyananda mənə bu ölkəyə xidmət etmək kimi bir imkan verdiyinə görə tanrıya şükür deyirəm. Ronald Reyqan
- Elmin vəzifəsi adamlara xidmət etməkdir. Lev Tolstoy
- Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Həzrəti Əli
H
redaktə- Harada canlı tapdımsa, orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə, ağalıq etmək iradəsi gördüm. Fridrix Nitsşe
- Həyatda ən böyük arzum yaxın adamlarıma sədaqətli olmaq, cəmiyyətə xidmət etmək və qocalara yardım əli uzatmaqdır. Konfutsi
- Həyatın gözəllik və xoşbəxtliyini xalqa sevgi və xidmətdə axtarın. Onore Mirabo
- Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. Aristotel
X
redaktəİ
redaktə- İdeya – onu irəli sürən adamdan daha çox, vaxtında ona yiyələnənlərə xidmət edir. Əbu Turxan
- İdeyalara və tanrılara xidmət etmək daha asandır, onlar canlı insanlardan qat-qat daha sadədirlər. Sun Dzı
- İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... ancaq insanlar nə haqda düşünür? Blez Paskal
- İnsanların dahiliyi və şərəfləri xalqa xidmət etmələri ilə bağlıdır. Lui Paster
M
redaktə- Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim. Onlar bomba edib bir-birlərini yox etdilər. Albert Eynşteyn
- Mən Toni Bleyer və Qordon Braunun rəhbərliyi ilə fəxr edirəm, lakin biz seçkiləri uduzduq və onları ağrılı şəkildə itirdik. Mesajım belədir: Mən bilirəm ki, biz etimadı itirmişik və seçicilərlə əlaqəmizi itirmişik. Bilirəm ki, biz dəyişməliyik. Bu gün partiyanı ona xidmət etmək üçün, daha sonra isə ölkəyə xidmət etmək üçün yeni nəsil götürdü. Ed Milibənd
- Müdrik bаşçı xаlqа xidmətini və qаbiliyyətini yаlnız səlаhiyyətlərin vеrilməsi məhаrəti ilə gеnişləndirir. Atilla
N
redaktə- Namuslu insan olmaq istəyirsənsə, ömrünün mənasını vətənə xidmətdə gör. D.İ.Fonfizin
P
redaktə- Pul sənə xidmət etmirsə, onda sən ona xidmət etməli olursan. Xəsis adam öz sərvətinin ağası deyil, əksinə, sərvəti onun ağasıdır. Frensis Bekon
S
redaktə- Sevincsiz xidmət göstərmək nə xidmət göstərənə, nə xidmət göstərilənə kömək etmir. Mahatma Qandi
- Sənətkar yalnız cəmiyyətin müəyyən zümrəsinə deyil, bütün cəmiyyətə xidmət etməlidir. Tomas Mann
- Siz nə şöhrət, nə də təşəkkür gözləmədən xidmət еtdikləriniz və sizə xidmət еdənlərin nаminə könüllü qurbаn vеrməlisiniz. Atilla
Ş
redaktə- Şəxsiyyətimi və kim olduğumu müvəffəqiyyətlə gizlətməyim yalnız məqsədimə xidmət etmək üçündür. V for Vendetta
T
redaktə- Tiraniya: qanunların icrasına məsul olan hər kəsi xidmət etdikləri hökumətin qanunlarının gücü ilə itaət halına gətirə, məhv edə, sındıra, təfsir edə, qarşısını ala və dayandıra bilər və ya hətta cəzasız qalmaqla onları xəyal qırıqlığına uğrada bilər. Bilmək olmur ki, bu qanunlar pozucu, yoxsa seçicidir; qəsbkar, yoxsa qanunidir; yaxşı, yoxsa kədərlidir; hər halda, kimin bunu etmək üçün kifayət qədər təsirli bir qüvvəsi varsa, zalımdır; bunu qəbul edən hər bir cəmiyyət zülmdədür; buna dözən hər bir xalq kölədir. Vittorio Alfieri
- Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)
V
redaktə- Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[1] Mustafa Kamal Atatürk
- Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür. Şeyx Ədabali
Y
redaktə- Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma
- Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır. Əbdül Səttar Ədhi
İstinadlar
redaktə- ↑ Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.