Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram. Jorj Sand
Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
Hər zaman balıqqulaqlarını, rəngarəng sahil daşlarını və ümumiyyətlə uşaqların yığmağı sevdiyi o rəngarəng daşları xoşlamışam. Ağappaq quş lələyi, rəngli yarpaqlar – hərdən mən belə düşünürəm ki, məhz bunlar əsl sevinc mənbəyidir, nəyinki bahalı daş-qaşlar, zümrüdlər və s. Aqata Kristi