Burun



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

B redaktə

G redaktə

İ redaktə

  • İnsanlar arasında Allah ideyası onların dinləri və qanunları qədər müxtəlifdir. Bütün insanlar Allah haqqında biliklə yox, bir burun, beş barmaqla doğulurlar. Kədərlidir ya yox, amma insan dünyaya məhz bu cür gəlir. Volter
  • İki göz də bir-birilə yola getməzdi, aralarında burun olmasaydı. Ləzgi atalar sözləri
  • İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
  • İnsan ətrafında olan şeyləri və dünya ilə olan münasibətini həvasi xəmsə vasitəsilə dərk edir. Həvasi xəmsənin əvvəlincisi qüvveyi basirədir ki, gözlərin vasitəsilə, ikincisi qüvveyi samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü qüvveyi şammədir ki, burun vasitəsilə, dördüncüsü qüvveyi zaiqədir ki, dil vasitəsilə və beşincisi qüvveyi lamisədir ki, bədənin dərisi vasitəsilə dərk olurlar. Həsən bəy Zərdabi
  • İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar. Ömər Xəyyam
  • “İnsan yeddi yaşında necədirsə, yetmişində də odur!” deyirlər. Ancaq yeddisində nədirsə, on yeddisində, iyirmi yeddisində o deyil. Məsələn, yeddisində qorxaq olana, on yeddisində bir cəsarət gəlir, qanı qaynayır. Amma qırxdan sonra damarlar qalınlaşdıqca əvvəlki qorxaqlıq yenə deşiyindən burnunu göstərir. Reşat Nuri Güntekin

K redaktə

  • Kleopatranın burnu azca gödək olsaydı, dünyanın indiki mənzərəsi tamam başqa cür olardı. Blez Paskal

M redaktə

  • Məsələlərə elmsiz yanaşan kəs sanki öz burnunu kəsmiş kimidir. Cəfər Sadiq
  • Mömin kimsə kiçik günahları da böyük görər. Peyğəmbər əfəndimiz: "Mömin kimsə, günahını dağ kimi görüb, öz üzərinə düşəcəyindən qorxar. Münafiq isə, günahını burnu üzərinə qonan və dərhal uçan ağcaqanad kimi görər" buyurdu. Əbdülqədir Geylani

P redaktə

  • Pinokiyo belə yalan danışanda burnu uzanır.İndikilərin üzləri belə qızarmaz. Paulo Koelyo

Y redaktə

  • Yadımdadır, oğlanı başımdan eləmək üçün Lora mənə burnu fırtıldatmağın xüsusi üsulunu göstərmişdi. Kazuo İşiquro

İstinadlar redaktə