Cahillik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bilgisizliyi mədəniyyətdən çox sevirdi: cahillik hər bilginin yetişə, bitə biləcəyi bir tarladırsa, mədəniyyət artıq heç bir şeyin yetişməyəcəyi ot basmış tarladır. Andrey Platonov
- Bilməməzlik dəlil, cahillik isə arqument deyil. Benedikt Spinoza
- Bu gün dünyanın ən sivil ölkələri gəlirlərinin maksimumunu müharibəyə, minimumunu isə təhsilə xərcləyir. İyirmi birinci əsr bu nizamı dəyişdirəcək. Cahilliklə mübarizə aparmaq, döyüş meydanında ölməkdən daha şərəfli olacaq. Yeni elmi həqiqətin kəşfi diplomatların çəkişməsindən daha vacib olacaq. Hətta dövrümüzün qəzetləri də elmi kəşfləri, təzə fəlsəfi konsepsiyaların yaradılmasını xəbər kimi qəbul etməyə başlayırlar. İyirmi birinci əsrin qəzetləri cinayət və ya siyasi mübahisələr haqqında məlumatlara arxa səhifələrdə sadəcə “çubuq” qoyacaq, lakin birinci səhifələrdə yeni elmi fərziyyənin elan edilməsinə başlıq verəcək. Millətlər bir-birini öldürmək kimi vəhşi təcrübədə davam etdikcə, bu cür irəliləyiş mümkün olmayacaq. Mənə atamdan miras qalmışam, sülh üçün çox çalışan arif insan, müharibəyə nifrət. Nikola Tesla
C
redaktə- Cahillik, ağılın aysız və ulduzsuz gecəsdir. Mark Tulli Siseron
- Cahillik bütün cinayətlərin anasıdır. Onore de Balzak
- Cahillik hələ heç vaxt heç kəsə kömək etməmişdir. Karl Marks
- Cahillik həmişə bilikdən daha çox özünə inam daşıyır və yalnız cahil insanlar elmin heç bir zaman bu və ya digər bir problemi həll edə bilməyəcəyinə inamla təsdiq edirlər. Çarlz Darvin
- Cahillikdən doğan sözü təkrar edərkən ehtiyatlı olmaq lazımdır. Abay Kunanbayev
- Cahilliyə tutulmuş hökmdar yaxşını pisdən seçə bilmədən hərəkət edir. O inadkar olur və pis insanlar tərəfindən idarə olunur. Çanakya
- Cahilliyi təhsillə, yoxsulluğu işləməklə, anlaşılmazlıqları güzəştlə aradan qaldıra bilərik. Abdulbari Gözəl
- Cahilliyin xoşbəxt olduğu yerlərdə ağıllı olmaq ağılsızlıqdır. Uilyam Davenant
- Cahilliyin üç növu var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, heç bilmək lazım olmayan şeyi bilmək. Şarl Pino Düklo
E
redaktə- Elə anlar olur ki, cahillik yaxşı şey sayılır. Çarlz Dikkens
- Eşşəklik gedər, amma cahillik baki qalar. Hülya Avşar
H
redaktə- Hər münaqişənin təməlində birinin cahilliyi yatar. Luis Brandays
M
redaktə- Məsləhəti yalnız öz cahilliyini bilib bilik axtarana ver. Konfutsi
Ö
redaktə- Ölümdən qorxmaq, malik olmadığın müdrikliyi, yəni bilmədiyin şeyi bildiyini düşünmək kimi özünə aid etməkdən başqa bir şey deyildir. Çünki, heç kim ölümün, onun böyük bir xoşbəxtlik olduğunu bilmir, amma onun sanki ən pis bir şey olduğunu bilib ondan qorxurlar. Ancaq bilmədiyin bir şeyi bildiyini təsəvvür etmək ən rüsvayçl bir cahillik deyilmi? Platon
- Özündən aşağı olmaq cahillik, yuxarı olmaq isə müdriklikdir. Sokrat
S
redaktə- Son nəticədə ierarxik cəmiyyət ancaq səfalət və cahillik üzərində qurulur. Corc Oruell
- Suyun düşməni lehmədir, insanınki - cahillik. Benqal atalar sözləri
T
redaktə- Tam cahillik pis alimlikdən daha yaxşıdır. Pyer Büast
Y
redaktə- Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa… Fyodor Dostoyevski
- Yaşlı bir Brahma rahibi var imiş. Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur. Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur. Oşo