A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedə-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik. Əbülfəz Elçibəy
  • Bu bir həqiqətdir ki, cəmiyyətin tarixi dönəmlərində yaranan demokratik ab-hava ayrı-ayrı zümrələrin qəzet və jurnal nəşrinə geniş meydan açır. Teymur Əhmədov

D redaktə

  • Demokratik cəmiyyət üçün iki şey həmişə çətin olacaq - müharibəyə getmək və onu bitirmək. Aleksis de Tokvil
  • Düzdür, demokratiyanın ən yaxşı idarəetmə forması olduğuna görə idealist bir nəzəriyyə var. Mən bu nəzəriyyənin doğru olduğunu düşünürəm. Amma praktiki siyasətin elə bir şöbəsi yoxdur ki, idealist nəzəriyyələr böyük dəyişikliklərə səbəb olacaq qədər güclü olsun; böyük dəyişikliklər baş verəndə, onları əsaslandıran nəzəriyyələr həmişə ehtiras üçün kamuflyaj olur. Demokratik nəzəriyyələrə hərəkətverici qüvvə verən ehtiras isə, şübhəsiz ki, paxıllıq ehtirasıdır. Bertran Rassel

İstinadlar redaktə