Bu məqalə Fikir məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açıq müzakirələrdə nəinki səhv, hətta ən mücərrəd fikirlər asanlıqla aradan qaldırılır. Saltıkov-Şedrin
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Başqalarının bizim dəyərlərimiz haqqında fikirləri şərəfdir və bu obyektiv sayılır. Subyektiv isə bizim bu fikirlər qarşısında qorxumuzdur. Artur Şopenhauer
  • Başqasının hərəkətləri barədə kəskin fikirlər söyləyən bununla da başqalarından daha yaxşı hərəkət etməyi öz öhdəliyinə götürür. Vissarion Belinski
  • Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
  • Bizə insanları deyil fikirləri xatırlamağımız söylənildi. Çünki bir adam yenilə, tutula, öldürülə, unudulabilər, lakin bir fikir 400 il sonra belə hələ dünyanı dəyişdirə bilər. Fikirlərin gücünə ilk əldən şahid oldum. Fikirlər uğruna ölən və öldürən insanlar gördüm. Amma fikirə toxuna bilməz, tuta bilməz hətta öpə bilməzsən. Fikirlər qanamaz, acı çəkməz və sevməzlər və darıxdığım şey bir fikir deyil, bir adamdır. 5 noyabr mənə xatırladan adam. Əsla unutmayacağım adam. V for Vendetta
  • Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir. Lev Tolstoy
  • Böyük nəticələrə sahib olmuş bütün fikirlər öz sadəliyi ilə seçilib. Lev Tolstoy
  • Böyük ölülərə matəm lazım deyil, fikirlərinə bağlılıq lazımdır. Mustafa Kamal Atatürk
  • Bütün insanlar qismən öz, qismən də başqalarının fikirləri ilə hərəkət edirlər. İnsanların bir-birindən fərqlənməsinin əsasını onların özlərinin və başqalarının fikirləri ilə nə dərəcədə yaşamaları təşkil edir. Lev Tolstoy
  • Demokratiyada vicdanlı siyasətçiyə ancaq o zaman dözmək olar ki, o, çox axmaqdır. Çünki xalqın yarıdan çoxunun qərəzli fikirlərini ancaq çox axmaq adam səmimi şəkildə bölüşə bilər. Bertran Rassel
  • Dərin fikirlər dəmir mismar kimidir. Ağla elə möhkəm batır ki, sonra onu dartıb çıxarmaq da olmur. Deni Didro
  • Əgər böyük kütlələri razı sala bilmişsə, fikirlər silahlara ehtiyac duymaz. Fidel Kastro
  • Ən əhəmiyyətli fikirlər duyğularımıza zidd olan fikirlərdir. Pol Valeri
  • Ən müxtəlif fikirlər halqalar kimi bir-birinə calanır və tamlıq yaradır: bir də görürsən, biz özümüz də özümüz yaratdığımız bu dünyaya düşmüş oluruq. Ralf Uold Emerson
  • Fikir – hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməliyin başlıca şərti – fikirlər üzərində işləməkdir. Lev Tolstoy
  • Fikirlər insanların onları yaratdıqlarına görə məsuliyyət daşımır. Verner Heyzenberq
  • Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
  • Hətta şübhəli fikirlər də ustalıqla həyata keçirilə bilər. Leşek Kumor
  • Qiymətli fikirlər yenilməz ordulardan da qüdrətlidir. Bencamin Praym
  • «O mə­ni təh­qir elə­di, o mə­ni vur­du, o mə­nə qa­lib gəl­di, o mə­ni so­yub-ta­la­dı». İçin­də be­lə fi­kir­lər giz­lə­də­nin nif­rə­ti sön­məz. Dham­ma­pa­da

İstinadlar

redaktə