Başqasının fikrini oğurlamaq pul oğurlamaqdan da ağır cinayətdir. Volter
Bir insan haqqında, başqalarının onun haqqında söylədiklərindən çox, onun başqaları haqqında söylədiklərinə baxılaraq fikir əldə edilə bilər.. Leo Alkman
Birincisi: Sənə fikir vermirlər, sonra sənə əl çalırlar, sonra səninlə savaşırlar, axırda isə sən qalib çıxırsan. Mahatma Qandi
Böyük insanlar haqqında onun böyük əməllərinə əsasən deyil, buraxdıqları səhvlərə əsasən fikir yürüdürlər. Volter
Böyük ölülərə matəm lazım deyil, fikirlərinə bağlılıq lazımdır. Mustafa Kamal Atatürk
Müsbət elmlərin təməllərinə söykənən, gözəl sənətləri sevən, fikir tərbiyəsində olduğu qədər bədən tərbiyəsində də qabiliyyəti artmış və yüksəlmiş olan fəzilətli, qüdrətli bir nəsil yetişdirmək ana siyasətimizin açıq diləyidir. Mustafa Kamal Atatürk
Təvəkkül ona deyilir ki, yerinə yetirilməsi insan qüdrəti və imkanı xaricində olan işlərdə, xalqın ağlı işləməyən, qəti bir fikir söyləmək mümkün olmayan hallarda tələsmə və yubanmaya, artıq və əskikliyə yol verilməsin, vəziyyəti dəyişməyə meyl göstərilməsin. Nəsirəddin Tusi
"Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey Türk Övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..." Mustafa Kamal Atatürk