A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əsl kamillik axar suya bənzəyir: nə qədər dərindədirsə, bir o qədər sakitdir.[1] Mişel de Monten
  • Hazırkı şəraitdə nəciblik fəlsəfəsini şərtləndirən, daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq ciddi yazıçılıq və vətəndaşlıq işidir.[2] İsa Həbibbəyli
  • İnsanın doğruçuluq səviyyəsi onun mənəvi kamillik dərəcəsinin göstəricisidir. Lev Tolstoy
  • İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Nəsirəddin Tusi
  • İnsanın kamilliyi onun hiss və mənəvi qüvvələrinin birliyindədir. Fridrix Şiller
  • Kədər insanı kamillik zirvəsindən endirir. Benedikt Spinoza
  • Kamillik kişilərdə ən çox, qadınlarda isə ən az qiymətləndirilən xəzinədir. Adrian Dekursel
  • Kamillik yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir. Aristotel
  • Kamilliyə can atan insan üçün elmlərin ən gərəklisi qanunlar haqqında elmdir. Platon
  • Kamilliyi olmayan ağıl - ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
  • Kişini evdə uşaqlar yox, arvadın kamilliyi saxlayar. Madaqaskar atalar sözləri
  • Müvəffəqiyyət - əldə edilmiş kamillikdir, kamillik isə asanlıqla qazanılmır. Üzeyir Hacıbəyli
  • Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. Cəfər Sadiq

İstinadlar

redaktə