Əgər insanlar Tanrı olsaydı, özlərini demokratik olaraq idarə edə bilərdilər. İnsanlar Tanrı olmadıqlarına görə, mükəmməl bir dövlət insanlara görə deyil. Jan Jak Russo
Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır. Yohann Volfqanq Göte
Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir. Uilyam Şekspir
Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
Mənim üçün ən mükəmməl əxlaq bütün alimlərin biliyindən faydalanmaq və onların səviyyəsinə çatmaqdır. Blez Paskal
Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol! Bob Marli