Mis



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş. Yanıltmac
  • Eşqin eynəkləri elə çəhrayıdır ki, misi qızıl, yoxluğu varlıq, gözdəki çapığı inci kimi göstərər. Miqel de Servantes
  • Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan. Rene Dekart
  • İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. Tur Xander
  • Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın. Cəfər Sadiq
  • Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir. Onore de Balzak
  • Mis pul gümüş pula sürtüldüyü kimi, yaxşı adamın yanında dolaşsan, sonda dəyərin qalxacaq. Maksim Qorki
  • Misdən gümüş olmaz, səsdən - iş. Tatar atalar sözləri
  • Misə qızıl vurmaq nəyə gərəkdir,
    Mis yenə özünü göstərəcəkdir. Nizami Gəncəvi
  • Misə nə qədər qızıl çəkəsən, elə mis də qalacaq. Monqol atalar sözləri
  • Misi nə qədər qızıla tutsan, yenə qəlpliyi görünəcək. İndoneziya atalar sözləri
  • Zəhmətsiz qızıl, gümüş və mis faydasız boş süxurdur. Mahatma Qandi

İstinadlar

redaktə