Balzak təkcə öz xalqını fiziki və mənəvi cəhətdən deyil, həm də öz məskənində, yaşadıqları yerdə, hobbiləri və xəstəlikləri ilə birlikdə oxucuya göstərmiş, həm də dramatik hərəkətlərini təkcə xalqlar arasındakı münasibətlərdən deyil, həm də öz dramatik hərəkətlərindən götürmüşdür; personajları evləri, küçələri, şəhərləri, peşələri, irsi vərdişləri və fikirləri, habelə aralarındakı təsadüfi təmasları ilə birlikdə təmsil etmişdir. [1]Edit Uorton
Bədii əsər oxucuda gözəl hislər yaradır, həyatı, insanları başa düşməkdə ona kömək edir. Fikrət Qoca
Düşünürəm ki, “Meri Poppins”in bütün təsirlərini qavramaq üçün bir çox cəhətdən incə oxucuya ehtiyacı var və mən başa düşürəm ki, bunları film baxımından tərcümə etmək olmaz. Pamela Lindon Travers
Əgər əsər qurudursa, oxucuda heç bir emosional təsir oyatmırsa, demək əsər deyil və bu barədə danışmağa dəyməz. İlyas Əfəndiyev
Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır. Xudu Məmmədov
Əvvəllər kitabı yazıçılar yazardılar, oxucular isə oxuyardılar. İndi isə kitabı oxucular yazır, amma kimsə oxumur. Oskar Uayld
Heç bir elm tarix qədər öz qapılarını oxucu kütləsinin üzünə geniş açmır. İohann Heyzinq
Həqiqət nə qədər açı olsa da, yazıçı onu oxucuya açıq deməyi bacarmallıdır. Mixail Şoloxov
Hər halda, ümumilikdə incəsənətin, onun daxilindəki ədəbiyyatın cəmiyyətdəki azlığın mülkü (imtiyazı) olması vəziyyətini qeyri-sağlam və təhdidedici görürəm. Mən dövləti kitabxana ilə əvəz etməyə çağırış etmirəm - baxmayaraq ki, bu fikrə tez-tez şirnikləndirilmişəm - amma şübhə etmirəm ki, əgər bizim ustadlarımız oxucu təcrübəsinə əsasən seçilsəydi, yer üzündə daha az kədər olardı. Düşünürəm ki, taleyimizin potensial sahibindən ilk növbədə onun xarici siyasətin istiqamətini necə təsəvvür etdiyi yox, Stendal, Dikkens, Dostoyevski haqqında nə düşündüyü soruşulmalıdır. İosif Aleksandroviç Brodski
Hər oxucunun öz beynində şəxsi filmini yaratdığını, xarakterlərin simalarını müəyyənləşdirdiyini, hər səhnəni qurduğunu, səsləri eşitdiyini, qorxuları duyduğunu düşünürəm. Buna görə də hər hansı oxucu sevdiyi romanın motivləri əsasında çəkilmiş bir filmə baxmağa gedəndə ordan: “Kitab daha yaxşı idi.” – deyib, peşman olmuş halda çıxır. Paulo Koelyo
Xatırlanan keçmiş, zamandan məhrumdur. bir eşqi, bir kitabı yeni başdan oxucu ya da filmi təkrar seyr edər kimi yenidən yaşaya bilməzsiniz. Milan Kundera
Yazıçı insanın daxili dünyasını oxucuya açır. Bunun üçün pis və ya hətta azğın insanları təsvir etmək istəsə belə, həyat təcrübəsi olmalıdır. İlya Erenburq
Yaxşı kitab eynən ağıllı bir adamla söhbət etməkdir. Oxucu kitabdan bilik alır, həyatı ümumiləşdirmək, dərk etmək qabiliyyətini öyrənir. Lev Tolstoy
Yazıçı olmaq çox da çətin deyil. Elə bir eybəcər, cəfəngiyyat yoxdur ki, özlərinə uyğun cütlük, oxucu tapmamış olsun. Anton Çexov
Yazıçıda göz yaşı yoxdursa, oxucuda da göz yaşı yoxdur. Yazıçıda sürpriz yoxdursa, oxucuda da sürpriz yoxdur. Robert Li Frost
Yazıçının yalnız bir müəllimi var – oxucu. Nikolay Qoqol
↑ Gullón, Alman. Balzak və Galdos. Fransız mədəniyyəti ilə əlaqə». XI Beynəlxalq Galdosian Araşdırmalar Konqresi, səh. 995. ISBN 978-84-8103-888-0. Peres Galdosun ev-muzeyi.