Bədbəxtliyin çoxu aclıqdan və qəzəbdən, paxıllıqdan və qərəzkarlıqdan olur. Məhəmməd Tağı Sidqi
Comərdliyə güvənsən də, sadiq sanma sirdaşları, Paxıllıqdan gör nə etdi, gör Yusifin qardaşları. Məhəmməd Füzuli
Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur; qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır. Antuan Rivarol Fransız yazıçısı
Dazlıq ilə paxıllığın dərmanı yoxdur. Malayal atalar sözləri
Düşmənçilik fəzl, paxıllıq passiv aralıqdır. Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil. Höte
Həmişə könlünün xoş olmasını istəyirsənsə, paxıl olma. Qabusnamə
Nifrət fəal, paxıllıq isə passiv narazılıq hissidir. Buna görə də təəccüblü deyil ki, paxıllıq hissi tez bir zamanda nifrətə çevrilir. Höte
Qısqanc adamlar bağışlayır, paxıllar isə yox. Molyer
Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər. Danimarka atalar sözləri
Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər. Klod Adrian Helvetsi : Fransız filosofu
Paxıl insan üçün ən kədərli şey heç kəsin ona paxıllıq etməməsidir. Frensis Hart : Amerika yazıçısı
Paxıl ölürsə də, paxıllığ heç vaxt ölmür. Molyer .
Paxıl rahat olmaz, başqalarını gözü götürməz, özünə isə layiq olmadığı hər şeyi istər. Əbdürrəhman Cami
Paxıllar zəkalıların düşməni, riyakarlar ecazkarların qənimidir. Ə.Xaqani
Paxıllıq dirəyini nadanlıq küləyi sındırar. Hümam Təbrizi
Paxıllıq xoşbəxt adamların düşmənidir. Epiktet
Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur. A.Bakıxanov
Paxıllıq qabiliyyətin yoxsulluğundan doğar, Hünərsiz adam arta bilmədiyini görüb başqalarının da hünərsiz olmasını və geriləməsini arzular ki, özü ilə müvaziləşsin. A.Bakıxanov
Paxıllıq nifrətdən də barışmazdır. Fransua de Laroşfuko
Paxıllıq nifrətin ən fəal ünsürlərindən biridir. Onore de Balzak
Paxıllıq odundan yandırıcı od hələ görünməmişdir. A.Bakıxanov
Paxıllıq və qorxu elə yeganə hisslərdir ki, insana zövq vermir. C.A.Kollinz.
Pas dəmiri yeyən kimi, paxıllıq da insanın qəlbini yeyir.