Başqalarının qüsurlarını ölçərkən barmağı ilə tərəzinin gözünü basmayan adam çox azdır. Fransua de Laroşfuko
Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur. Uilyam Şekspir
Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar. Mövlana Cəlaləddin Rumi
Dostunuzun nöqsanlarına dözümlü olun, çünki qüsursuz insan yoxdur. Protaqor
Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır. Çin atalar sözləri
Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq. Fransua de Laroşfuko
Əgər sən, qüsursuz olsaydın başqalarının qüsurlarını tapıb çıxarmağa bu qədər maraqlı olmazdın. Anton Çexov
Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş. Koko Şanel
İki insanın yaxşı dolanması heç qüsursuz olmalarıyla deyil, bir-birlərinin qüsurlarını xoş göstərmələriylə təmin edilər. Aleksis de Tokvil
İnsan öz qüsurlarını söyləməkdən xoşlanmaz; Onsuz da bu işi başqaları lazımınca edir. [1] Şervud Anderson
İnsanlıqdan daha qüsursuz hansı kitab vardır ki. Mahatma Qandi
Kiçik qüsurlarımızı etiraf etməyimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür. Fransua de Laroşfuko
Kim ki, hər şeyi yalmız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur. Benedikt Spinoza
Qüsur deyil, çarə tap. Henri Ford
Qüsur tapmaq üçün baxma birinə, tapmaq üçün baxsan taparsan, qüsuru örtməyi vərdiş etdir özünə, o zaman qüsursuz olarsan. Oxumasını bilirsənsə hər insanın bir kitab olduğunu görə bilərsən. Deni Didro
Qüsursuz olsaydıq, başqalarının qüsurlarını tapıb ortaya çıxarmağa bu qədər maraq göstərməzdik. Fransua de Laroşfuko
Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik.Fransua de Laroşfuko
Öz rəisində qüsur görməyən işçilərə etibar etməyin. U.Kollinz
Sərxoşluq qüsur yaratmaz, qüsurları aşkar edər. Seneka
Zaman üçün qüsur tapa bilərik, ancaq zaman danışarsa, utanmaq məcburiyyətində qalarıq. Abdullah ibn Muhəmməd
Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 132.