Əsas menyunu aç

Mündəricat

ARedaktə

BRedaktə

  • Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur. Rus atalar sözləri
  • Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö
  • Bütün nemətlər içərisində ən gözəli və ən dəyərlisi torpaqdır. ona qayğı bəsləməklə xalqın güzəranını yaxşılaşdırmaq mümkündür. Həsən bəy Zərdabi

ƏRedaktə

  • Əgər sən hamının əvəzinə düşünürsənsə, sən yenə də səhv edirsən. Hərənin öz qayğıları var. Sun Dzı

GRedaktə

  • Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz. Koko Şanel

KRedaktə

  • Kədər gələndə özü-özünün qayğısına qalır.Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən. Mark Tven
  • Külək otu qurudar, qayğı - insanı. Qırğız atalar sözləri

QRedaktə

  • Qənaət etməyi bacarsaydıq, dünyadakı qayğılar daha asan həll olunardı. Sədi
  • Qonağın iki qayğısı var: gəlmək və getmək Fin atalar sözləri

MRedaktə

  • Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar. Aristotel

ÖRedaktə

  • Öz qayğına qalmırsansa, başqasınının qayğısına necə qalacaqcan? Özünü piss hiss edirsənsə, başqalarına necə yaxşılıq edəcəksən? Sən özünü sevmədən başqasını sevə bilməzsən. Robin Şarma

SRedaktə

  • Sən məzlumların qayğısını çəkməsən, sənə də kimsə qayğı bəsləməz. Xaqani Şirvani

TRedaktə

  • Təbib qayğısına qalır, təbiət müalicə edir. Latın atalar sözləri
  • Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir... Heydər Əliyev