Rəssam
rəsm çəkən şəxs
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Allah da başqa rəssamlar kimi rəssamdır. Pablo Pikasso
BRedaktə
- Böyük səbir lazımdır! İlhama ümid bəsləməyin. Ümumiyyətlə, hər hansı bir ilham mövcud deyildir. Rəssamın yeganə sahib olduğu xüsusiyyətlər - müdriklik, diqqətlilik, səmimilik və iradədir. İşinizi dürüst zəhmətkeşlər kimi yerinə yetirin. Oqust Rodin
CRedaktə
- Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı. Pablo Pikasso
ÇRedaktə
- Çəkdiyim hər rəsm öz həyatıma verdiyim bir sualdır. Leonardo da Vinçi
ƏRedaktə
- Əgər rəssamlığı lal poeziya adlandırsan, onda rəssam da poeziyaya kor rəssamlıq deyəcək. Leonardo da Vinçi
HRedaktə
- Heç bir dahi rəssam əşyaları olduğu kimi görməyib.Əgər belə olsaydı, o, artıq rəssam olmazdı. Oskar Uayld
İRedaktə
- İlk rəssamın qələmini məhəbbət yonmuşdur. Klod Adrian Helvetsi
- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır.Oqust Rodin
MRedaktə
- Müasirlik rəssamın ən yüksək keyfiyyətidir. Vissarion Belinski
PRedaktə
- Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir. Tofiq Mahmud
RRedaktə
- Rəngkarlıq korlar üçündür. Rəssam gördüyünü yox, duyduğunu çəkir. Pablo Pikasso
- Rəsm gözə səslənir. Ruhun pəncərəsi də gözdür. Leonardo da Vinçi
- Rəssam mövcud obyekt və onun vasitəçiliyi ilə obyektin interpretasiyası (təqlidi) arasındakı fərqi öyrənməlidir. Rəssam alovu etməzdən əvvəl qığılcımı yaratmalı; incəsənət doğulmamışdan əvvəl isə öz yaradıcılıq alovunu söndürməyə hazır olmalıdır. Oqust Rodin
- Rəssama alqışlar 500 il sonra qismət olur.[1]
- Rəssamın orijinallığı xəyalında yaratdığı ideyada, sənətkarlığı isə by ideyanı kətana köçürmək məharətində üzə çıxır. Əbu Turxan
SRedaktə
- Sevimli atam! Hisslərimi şeirlə köçürə bilmərəm, şair deyiləm; özümü kölgələr və işıqla ifadə edə bilmərəm, rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də açıqlaya bilmərəm, rəqsçi deyiləm. Amma bunların hamısını musiqilə edə bilərəm. Mən bir musiqiçiyəm. Volfqanq Amadey Motsart